Ümid edirəm ki, dekabrın sonunda Sankt-Peterburqda keçiriləcək ənənəvi qeyri-rəsmi görüşdə MDB dövlət başçıları ilə görüşəcəyəm.
AzerTimes xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin MDB Hökumət Başçıları Şurasının iclasının iştirakçılarına müraciətində deyib.
“Çox yaxında, dekabrın sonunda Avrasiya İqtisadi Şurasının iclasında və MDB dövlət başçılarının ənənəvi qeyri-rəsmi tədbirində görüşməyi ümid etdiyim dövlət başçılarını ən səmimi salamlarımı çatdırmaq istərdim”, – Putin bildirib.