İlin sonuna kimi Qarabağ bu qədər ailə köçürüləcək – Əsədov

İlin sonuna kimi Qarabağ bu qədər ailə köçürüləcək – Əsədov

Möhtərəm Prezidentin birbaşa iştirakı və rəhbərliyi ilə ötən ildə işğaldan azad edilmiş ərazilərdə geniş quruculuq işləri aparılmış və ölkə iqtisadiyyatına reinteqrasiyası istiqamətində işlər sürətlə davam etdirilib.

AzerTimes xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisdə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı deyib.

O bildirib ki, Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası üçün 2022-2026-cı illərdə ümumilikdə təqribən 32 mlrd. manatdan çox vəsait tələb olunur.

“2021-2023-cü illərin dövlət büdcəsindən bu məqsədlər üçün 12,1 mlrd. manat vəsait ayrılmışdır, o cümlədən 2023-cü ildə 5,6 mlrd. manat.

2024-cü ildə 4 mlrd.manat məbələğində vəsait ayrılması nəzərdə tutulur.

2023-cü ilin sonunadək işğaldan azad olunmuş ərazilərə ümumilikdə 1186 ailə (4691 nəfər) keçmiş məcburi köçkün köçürülüb.

2024-cü ilin sonunadək işğaldan azad olunmuş 25 yaşayış məntəqəsi üzrə ümumilikdə 5171 ailənin (20 min nəfərdən çox) köçürülməsi planlaşdırılır”, – deyə Baş nazir əlavə edib.

Teqlər: