Xəbər - Samir Əli – Trend:
Bu ilin sonuna kimi işğaldan azad olunan ərazilərdə 11 hidroloji suölçmə stansiyasının tikilib başa çatdırılması nəzərdə tutulur.
Bunu AzerTimes-a açıqlamasında ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.
Nazir müavini bildirib ki, azad olunmuş ərazilərimizdə 2 milyard kubmetrə yaxın su ehtiyatları var: “Su ehtiyatlarından səmərəli istifadə olunması və əhaliyə əlçatanlığın təmin olunması üçün lazımi tədbirlər görüləcək. Bununla bağlı bir çox layihələrimiz var. “Suqovuşan”, “Köndələnçay” və “Xaçınçay” su anbarlarının təmir edilməsi ilə bağlı layihələr işlənilir”.