İlin ilk Günəş tutulması başlayıb

Aprelin 30-da saat 22:45-də ilin ilk Günəş tutulması
başlayıb.

Bu barədə AzerTimes-a AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika
Rəsədxanasından məlumat verilib. Bu tutulma qismən Günəş
tutulmasıdır. Tutulma hadisəsi 3 saat 52 dəqiqə davam edəcək və
mayın 1-də saat 02:37-də sona çatacaq. Tutulmanın maksimumu saat
00:41-də olacaq.

İlin ilk qismən Günəş tutulması Cənubi Amerikanın cənubunda,
Antarktidanın bir hissəsində, Sakit və Atlantik okeanlarında
müşahidə ediləcək, Azərbaycan ərazisində müşahidə olunmayacaq.

Xatırladaq ki, bu il iki Günəş, iki Ay tutulması olmaqla,
ümumilikdə dörd tutulma hadisəsi baş verəcək.

Teqlər: