Ölkəmizin xarici ticarət əlaqələrində ötən il əldə edilmiş
müsbət dinamika bu ilin ilk 2 ayında da davam edib.
Trend-in məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl
Cabbarov “Twitter” səhifəsində bildirib.
“İlk 2 ayda xarici ticarət dövriyyəsi 80,4% artaraq 7,94 mlrd.
dollar, ixrac 2,1 dəfə artaraq 5,97 milyard dollar, idxal isə 22,3%
artaraq 1,97 mlrd. dollar təşkil edib. Xarici ticarət saldosu 3,4
dəfə artaraq 4 mlrd. dollar olub”, – nazir deyib.