İlin əvvəlindən Ceyhan terminalından 33 milyon bareldən çox AÇG nefti yola salınıb

Xəbər - Ləman Zeynalova, tərcümə Orxan Nəbiyev – Trend:

Türkiyənin “BOTAŞ International Limited” (BIL) şirkəti bugünədək Ceyhan neft terminalından 3,604 milyard barel neft nəql edib.

Trend bu barədə şirkətə istinadən məlumat verir.

Bugünədək terminaldan “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağından neft daşıyan 4 705 tanker yola salınıb.


2021-ci ilin əvvəlindən Ceyhan neft terminalından 46 AÇG nefti daşıyan tanker və ya 33,4 milyon barel neft yola salınıb.

Teqlər: