Dünyanın ən yaxşı avtomobili elan olunub. “İlin ümumdünya avtomobili” Nyu-Yorkda keçirilən beynəlxalq avtomobil sərgisində elan edilib. 2017-ci ilin ən yaxşı avtomobili krosrovver “Jaguar F-Pace” elan olunub. Bu maşın həm də “ən yaxşı dizayn” nominasiyasında mükafata layiq görülüb.
Finalda ilin maşını adı uğrunda “Jaguar”dan başqa daha iki yolsuzluq maşını mübarizə aparıb. Bunlar “Audi Q5” və “Volkswagen Tiguan” olub.
“Ən gözəl avtomobil” kateqoriyasında isə iki qalib olub – “Mercedes-Benz S-Class” və “Toyota C-HR”.
“Ən yaxşı şəhər maşını”nın da adı açıqlanıb. Bu, elektrokar “BMW i3″dür. Ən dəbdəbəli maşın adına isə alman avtokonserninin məhsulu layiq görülüb. “Mercedes-Benz E-Class” finalda rəqibi olan “BMW 5-Series” və “Volvo S90/V90” qabaqlayıb.
Ən bahalı maşınlardan hesab edilən “Porsche”nin də adı ən yaxşılar siyahısına düşə bilib. “Porsche 718 Boxster/Cayman” ilin ən yaxşı idman maşını seçilib. Bu kateqoriyada o “McLaren 570S” və “Audi R8 Spyder”lə yarışıb.
“Ən ekoloji maşın” adını “Toyota Prius Prime” əldə edib.