İlham Zəkiyev səkkizinci dəfə Avropa çempionu oldu

İlham Zəkiyev səkkizinci dəfə Avropa çempionu oldu

Azərbaycanın paracüdo üzrə milli komandasının üzvü İlham Zəkiyev (+90 kq, J1) İtaliyanın Kalyari şəhərində keçirilən Avropa çempionatının qalibi olub.

AzerTimes xəbər verir ki, İ.Zəkiyev bütün rəqiblərinə qalib gələrək çempionatın qızıl medalını qazanıb. Bununla da 42 yaşlı ikiqat Olimpiya və ikiqat dünya çempionu İlham Zəkiyev 8-ci dəfə Avropanın ən güclüsü olub.

Azərbaycan millisinin digər üzvləri Zakir Mislimov (90 kq, J1), Xatirə İsmiyeva (+70 kq, J1) və Dürsədəf Kərimova (+70 kq, J2) isə bürünc medala sahib olublar.

Qeyd edək ki, sentyabrın 2-si Namiq Abbaslı və İsmayıl Muradov bürünc medal qazanmışdı. Beləliklə, Azərbaycan millisi 1 qızıl və 5 bürünc olmaqla Avropa çempionatını ümumilikdə 6 medalla tamamlayıb.

Teqlər: