İlham Əliyevlə Makronun fərqinə baxın – Video

İlham Əliyevlə Makronun fərqinə baxın – Video

Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının nazirlər iclasında Fransa barədə sərt tənqidlər səsləndirməsi dünyanın bir çox mediasında ciddi müzakirə mövzusudur: artıq, bir çox beynəlxalq ekspert də məsələyə münasibət bildirməkdədir.

Gözlənilən reaksiyadır: Bakıda keçirilən beynəlxalq tədbirə 93 ölkə, 11 beynəlxalq təşkilat qatılmışdı, QH-də isə ümumilikdə 120 ölkə təmsil olunur. Yəni dünyanın ən böyük beynəlxalq təşkilatlarından biridir.

Elə fərq də burdan başlayır: İlham Əliyev Kişinyovda “iki ədəd Paşinyanla” – Nikol və Emmanuellə görüşür, görüş haqda geniş və ətraflı açıqlama verilməsinə ehtiyac olmur, ancaq az keçmir ki, Prezident İlham Əliyevin Makronla hansı səviyyədə danışıqlar aparmasının tüstüsü Papazyandan çıxır: Makron özünü prezident təyyarəsinə çatdıran kimi Fransa Erməni Təşkilatlarının Koordinasiya Şurasının (CCAF) həmsədri Murad Papazyana zəng edir və Avropa Siyasi Birliyinin Moldovadakı sammitində (1 iyun 2023) erməni maraqlarını müdafiə edən yeganə şəxs olduğunu fəxrlə deyib, istədiyinə çatmadığı üçün Nikol Paşinyanı günahkar görür, Ermənistan baş nazirindən şikayətlənir.

Fransa – sıradan dövlət deyil: bu ölkənin əzəmətli keçmişi, böyük siyasi, hərbi, imperiya tarixi, Avropada əvəzsiz yeri var. Fransa BMT TŞ-nin 5 daimi üzvündən biridir, nüvə dövlətidir, Avropa Birliyinin siyasi lideridir və s.

39 yaşında özündən 25 yaş böyük arvadı ilə gündəmə və Fransa prezidentliyinə gələn Makron belə bir ölkəyə rəhbərlik edir. Və belə bir ölkənin 6 ildir rəhbəri olan Makron Avropa Siyasi Birliyi adlı öz liderliyində yaratdığı siyasi təşkilatda baş verənlərin hesabatını tədbir bitər-bitməz Papazyana verir. Bunun ardınca isə Marselə gedib, yenə erməni diasporunun qarşısında hesabatla çıxış edir və Azərbaycan Prezidenti İlham Əliyevə “Paşinyandan daha çox təzyiq” etməsindən bəhs edir.

Makron ifadə seçimində həvəskar uşaq təsiri bağışlayır: “Paşinyandan daha çox təzyiq” sözü sanki Nikol Paşinyanın İlham Əliyevə hansısa təzyiqinin olması və yaxud bunun mümkünlüyünə işarədir. Oysa Paşinyan özü də daxil olmaqla, bütün Ermənistan İlham Əliyevin hər görüşdə Paşinyana siyasi və diplomatik təzyiqi haqda silsilə fakt, şərh, açıqlamalar verirlər.

Yəni Makron müqayisəni də doğru-dürüst verə bilmir və əslində “təzyiq” sözünü işlətməklə özünün obrazını yaratmağa çalışır. Ancaq Konqo Prezidenti ilə mübahisə edərkən qeyri-etik və qeyri-diplomatik sözlər deyib, eyni münasibəti görməyə məcbur olan Makron nəyi, harda, necə demək lazım olduğunu bilməyəcək səviyyədədir.

İlham Əliyev Makronun Papazyana telefonla və erməni diasporuna barda/klubda dediyi sözün cavabını 93 ölkə və 11 beynəlxalq təşkilatın təmsil olunduğu iclasda verdi.

Makronun Papazyana və erməni diasporuna lokal özünütəqdimi yalnız bizə və erməni mediasına maraqlı ola bilərdi, İlham Əliyev isə dünyanın yarısının toplaşdığı nazirlər iclasında Fransanın işğalçı siyasətini ifşa etdi.

Makrona Papazyan telefonun o başından dəstək vermişdi – İlham Əliyevə Fransanın neokonolizm siyasətindən əziyyət çəkən ölkələrinin rəsmiləri yenə həmin o beynəlxalq tədbirdə öz çıxışları ilə dəstək oldular.

Makron Fransa kimi nəhəngdən asılı olan Konqonun prezidenti ilə təkbətək görüşdə necə səhv etmişdisə, mətbuat konfransında çox kobud formada cavabını aldı və aqressiv reaksiyası ilə siyasi kiçikliyini ortaya qoydu.

İlham Əliyev də mübahisə edib – həm də ən yüksək tribunada, Ermənistan Baş naziri Nikol Paşinyanla. Aşağıda o “mübahisələrin” görüntülərini təqdim edərik. Nəzərə alın ki, biri müharibə ərəfəsində olan ölkə rəhbərlərinin debatı, digəri isə “dost ölkələrin liderləri” arasında keçirilən görüşdür. Bu debat-görüş fərqlərində siyasi intellekt fərqini özünüz görə bilərsiniz və təkcə sözdə yox – həm də maneralarda, mimikalarda, jestlərdə…

Böyük dövlətin cılız rəhbəri Makron Azərbaycan Prezidentinə bütün parametrlərdə uduzur – fiziki boy və gücündən siyasi boy və gücünə qədər.

Makron sələflərinin ona miras qoyduğu mövqe və mənəvi, siyasi və iqtisadi sərhədləri uduza-uduza Fransanın fiziki sərhədlərinə qovulmaqla, İlham Əliyev isə sələfindən təhvil aldığı de-yure sərhədləri de-fakto bərpa etməklə – üstəlik, bu xalqın siyasi, mənəvi və iqtisadi sərhədlərini Avropaya qədər genişləndirməklə məşğuldur…

Liderlər arasında fərq çox böyükdür. Ona görə də Makronun İlham Əliyevə təzyiqi mümkün deyil – Makron İlham Əliyevə təzyiq göstərmək üçün iradə, siyasi və təfəkkür baxımından hazır deyil. Və məhv bu siyasi təzyiqi göstərə bilmədiyi üçün “təzyiq göstərdim” deyir, Papazyanlardan hücuma keçir. Bu isə psixoloji faktdır: təzyiq göstərməyi bacaran heç vaxt bunu dilinə almaz.

Dilinə alanın cavabı isə dövlət xadimi tərəfindən artıq verildi…

Teqlər: