Əliyev İtaliyada Beynəlxalq Çernobbio Forumunda moderatorun “Rusiya ilə tarixi əlaqələrə malik bir regionda olmaq nə dərəcədə çətindir?” sualına maraqlı cavab verib.
– Biz heç bir zaman özümüzü nəhəng qonşularımızın siyasətinə uyğunlaşdırmamışıq.
Bu, ilk növbədə Avropaya “Rusiyanın yanında deyilik” mesajının verilməsidir. Söhbət Rusiyadan getsə də, bu açıqlamada İranın da payı var.
Prezident bununla Bakının müstəqil siyasi xəttinin olduğunu vurğulayır. Ki, çıxışının mahiyyəti də bundan ibarətdir.
Hərçənd, “coğrafiya qədərdir”. Əliyev Qərbə bunu izah etdi, “Rusiyanın yanında deyilik” mesajı ilə yanaşı, “coğrafiya Rusiyanın qarşısında durmağa da imkan vermir” mesajını çatdırdı.