İlham Əliyevin bu çıxışı Yaponiya mətbuatında…

İlham Əliyevin bu çıxışı Yaponiya mətbuatında…

Yaponiyanın “ajmedia.jp” portalı Azərbaycan Prezidenti İlham Əliyevin Səmərqənddə Türk Dövlətləri Təşkilatının (TDT) IX Zirvə Görüşündə çıxışını geniş işıqlandırıb.

AzerTimes xəbər verir ki, yapon və ingilis dilində yayımlanan xəbərlərdə Azərbaycan Prezidentinin çıxışında səsləndirdiyi fikirlər müxtəlif sərlövhələrlə izləyicilərin diqqətinə çatdırılıb.

Məlumatlarda Azərbaycan Prezidentinin çıxışında Qarabağ münaqişəsinin tarixdə qalması, islamofobiya və türkfobiyanın Ermənistanın rəsmi ideologiyasına çevrilməsi ilə yanaşı, türk dövlətlərindən kənarda yaşayan soydaşlarımızın problemlərinə toxunmasına da diqqət yetirilib. Bununla əlaqədar Azərbaycan dövlət başçısının sözləri sitat gətirilib: “Türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir. Hesab edirəm ki, Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatmışdır”.

Yaponiya portalı, həmçinin məcburi köçkünlərin Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdışı ilə əlaqədar aparılan nəhəng bərpa və quruculuq işləri barədə Prezident İlham Əliyevin fikirlərinə diqqət çəkib və Azərbaycan liderinin türk dövlətləri başçılarını Qarabağa və Şərqi Zəngəzura səfərə dəvət etməsindən yazıb.

Teqlər: