İlham Əliyevin bu bəyanatı çox ümidvericidir – ABŞ səfiri

İlham Əliyevin bu bəyanatı çox ümidvericidir – ABŞ səfiri

Prezident İlham Əliyevin Gürcüstan-Azərbaycan-Ermənistan məsləhətləşmələri ilə bağlı bəyanatı çox müsbət və ümidvericidir.

AzerTimes xəbər verir ki, bunu ABŞ-nin Gürcüstandakı səfiri Kelli Deqnan deyib.

“Gürcüstanın vasitəçilik roluna gəlincə, biz Gürcüstanın saxlanılanların təhvil verilməsində oynadığı rolu çox yaxşı xatırlayırıq. Bu, Gürcüstanın prosesdə uğurlu vasitəçiliyi faktıdır. Bununla belə, üç ölkə arasında əməkdaşlıq və dialoqun inkişaf edə biləcəyi bir çox müxtəlif sahələr var. Bunlar enerji, iqtisadiyyat və qarşılıqlı əməkdaşlıq əsasında inkişaf etdirilə biləcək digər sahələrdir. Prezident İlham Əliyevin bəyanatı çox müsbət və ümidvericidir”, – K.Deqnan vurğulayıb.

Teqlər: