İlham Əliyevə təbrik məktubları davam edir

İlham Əliyevə təbrik məktubları davam edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, 1999-2007-ci illərdə Latviya Respublikasının prezidenti Vayra Vike-Freyberqa və həyat yoldaşı İmants Freyberqs Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıblar.

AzerTimes məktubun mətnini təqdim edir:

“Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimizi və xoş arzularımızı çatdırırıq. Bu əlamətdar gündə fürsətdən istifadə edərək Sizi Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi münasibətilə bir daha təbrik edirik. Sizə fəaliyyətinizdə müvəffəqiyyətlər diləyirik”.

***

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, 1992-2000-ci illərdə Dünya Bankının vitse-prezidenti İsmail Serageldin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda qeyd olunur:

“Hörmətli cənab Prezident.

Sizi doğum gününüz münasibətilə təbrik edir, ən səmimi və xoş arzularımı bildirirəm. Xüsusilə bu tarixi dönəmdə – Azərbaycanın ərazi bütövlüyünü bərpa etdiyiniz bir vaxtda qoy Sizin bu zəfər marşınız yeni-yeni uğurlar gətirsin, dostlarınız və Sizi sevənlər bu uğurlara baxıb sevinsinlər!”

***

2004-2012-ci illərdə Serbiyanın Prezidenti Boris Tadiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda qeyd olunur:

“Əziz dostum, Prezident Əliyev.

Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edir, neçə-neçə belə gözəl illərə çıxmağınızı arzulayıram”.

***

2009-2011-ci illərdə Belçikanın baş naziri İv Löterm Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda qeyd olunur:

“Hörmətli Prezident.

Doğum gününüz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə göstərdiyiniz dəstəyə görə Sizə minnətdaram. Sizə, ailənizə və Azərbaycan xalqına ən xoş arzularımı çatdırıram”.

***

2006-2009-cu illərdə İsrailin baş nazirinin müavini, xarici işlər naziri, 2006-2007-ci, 2013-2014-cü illərdə ədliyyə naziri Tzipi Livni Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda qeyd olunur:

“Hörmətli Prezident Əliyev.

Doğum gününüz münasibətilə Sizi təbrik edirəm. Sizə möhkəm cansağlığı və xoşbəxtlik diləyir, Azərbaycan xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar arzulayıram. Mərkəzimizə göstərdiyiniz dəstəyə görə Sizə dərin minnətdarlığımı bildirirəm”.

***

Səudiyyə Ərəbistanının Kral Faysal İslam Araşdırmalar Mərkəzinin İdarə Heyətinin sədri Şahzadə Turki Əl Faysal Əl Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda qeyd olunur:

“Zati-aliləri Prezident İlham Əliyev.

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm. Bu əlamətdar gündə Sizə, ailənizə və Azərbaycan xalqına cansağlığı və xoşbəxtlik diləyirəm”.

***

1997-2000-ci, 2001-2005-ci illərdə Norveçin baş naziri Kyel Maqne Bondevik Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda qeyd olunur:

“Hörmətli Prezident, əziz dostum.

“Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə göstərdiyiniz dəstəyə görə Sizə həmkarlarım adından və şəxsən öz adımdan minnətdarlığımızı bildirirəm. Sizinlə əməkdaşlıq etmək çox xoşdur. Sizə təbriklərimi və ən xoş arzularımı çatdırıram”.

***

2012-2022-ci illərdə Sloveniyanın prezidenti Borut Pahor Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda qeyd olunur:

“Hörmətli Prezident və əziz dost.

Doğum gününüz münasibətilə Sizə ən xoş arzularımı çatdırıram. Mən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin möhtəşəm komandası ilə birgə Sizinlə şəxsən görüşümüzü səbirsizliklə gözləyirəm. Sizə uğurlar diləyirəm”.

***

“Müasir Köləliyə Son Qoyaq” Qlobal Fondunun İdarə Heyətinin sədri, “Exxon Mobile” şirkətinin sabiq vitse-prezidenti Jan Baderşneyder Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda qeyd olunur:

“Hörmətli Prezident Əliyev.

Sizi doğum gününüz münasibətilə təbrik edir, Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik və əmin-amanlıq arzulayıram. Siz dünyanın çox dəyərli və mühüm əhəmiyyət kəsb edən bölgəsində möhtəşəm liderlik nümayiş etdirirsiniz. Bizim daha çox müdrik və cəsarətli liderlərə ehtiyacımız var. Mən Azərbaycanı dəstəkləməyə davam edəcəyəm. Sizinlə birgə işləməyə ümidvaram”.

***

2012-2017-ci illərdə Bolqarıstanın prezidenti Rosen Plevneliyev və 1997-2002-ci illərdə Bolqarıstanın prezidenti Petar Stoyanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıblar.

Məktubda qeyd olunur:

“Möhtərəm cənab Prezident.

Doğum gününüz münasibətilə Sizə bütün Bolqarıstan xalqı adından və şəxsən öz adımızdan ən xoş arzularımızı çatdırırıq. Sizə ali dövləti fəaliyyətinizdə uğurlar, dost Azərbaycan xalqına isə daha firavan həyat diləyirik. Bizim Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Sizinlə fəxr edirlər”.

***

BMT Baş Assambleyasının 73-cü sessiyasının sədri, 2012-2014-cü illərdə Ekvadorun müdafiə naziri, 2017-2018-ci illərdə xarici işlər naziri Mariya Fernanda Espinoza Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda qeyd olunur:

“Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Sizi təbrik edir, Sizə uzun ömür, cansağlığı və firavan həyat diləyirəm. Azərbaycana əbədi sülh arzulayır, eləcə də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətinin əsasını təşkil edən mədəniyyətlərarası dialoq və qarşılıqlı anlaşmaya göstərdiyiniz davamlı dəstəyə görə Sizə minnətdarlığımı bildirirəm”.

***

TENEO şirkətinin Baş müşaviri, Fransanın sabiq Prezidenti Şarl de Qolun nəvəsi Natali Qule Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda qeyd olunur:

“Cənab Prezident.

Doğum gününüz münasibətilə Sizi təbrik edirəm və qarşıdan gələn ildə Sizə yeni-yeni uğurlar arzulayıram.

Yeni ildə Sizə sevinc dolu günlər və xoşbəxtlik diləyirəm”.

***

2015-2018-ci illərdə Mavrikinin prezidenti Amina Qurib-Fakim Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda qeyd olunur:

“Möhtərəm cənab Prezident.

Doğum gününüz münasibətilə Sizi təbrik edirəm. Sizə cansağlığı və firavanlıq arzulayıram. Qoy Azərbaycan dövləti həmişə Sizin güclü liderliyinizdən bəhrələnsin!”

***

2007-2011-ci illərdə Latviyanın prezidenti Valdis Zatlers Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda qeyd olunur:

Zati-aliləri, cənab Prezident.

Sizinlə tez-tez görüşməsək də, səmimi münasibətimiz həmişə davam edəcək. Mən həmişə Sizi etibarlı dostum hesab edəcəyəm. Doğum gününüz mübarək, hörmətli Prezident”.

***

2014-2018-ci illərdə Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Mladen İvaniç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda qeyd olunur:

“Əziz dostum, hörmətli Prezident Əliyev.

“Doğum gününüz münasibətilə Sizi təbrik edirəm. Dost Azərbaycan xalqının mənafeyi naminə Sizə ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram. Qarşıdan gələn Yeni il bayramı münasibətilə də ən xoş arzularımı qəbul etməyinizi xahiş edirəm”.

***

2022-2023-cü illərdə BMT-nin Baş Assambleyasının 77-ci sessiyasının sədri Ksaba Korosi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda qeyd olunur:

“Hörmətli Prezident,

Birgə keçirdiyimiz universitet illərini xatırlayaraq, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin ailəsinə göstərdiyiniz böyük dəstəyə görə Sizə minnətdarlığımı bildirirəm. Sizə və sevdiyim ölkənizə yeni-yeni uğurlar arzulayıram”.

***

2012-2016-cı illərdə Monteneqronun müdafiə naziri Milisa Pjanoviç-Durisiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda qeyd olunur:

“Hörmətli cənab Prezident.

İcazə verin bu xoş fürsətdən istifadə edərək Sizə doğum gününüz münasibətilə ən xoş arzularımı çatdırım. Sizinlə görüşlərimizi daim xatırlayır, təşkilatımıza göstərdiyiniz diqqət və qayğıya görə Sizə ən səmimi duyğularla minnətdarlığımı bildirirəm”.

***

UNESCO-nun xoşməramlı səfiri və mədəni diplomatiya üzrə xüsusi nümayəndəsi Hedva Ser Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda qeyd olunur:

“Cənab Prezident, Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm. Sizə uzun ömür, cansağlığı arzu edərək ən yüksək ehtiramımı bildirirəm”.

***

2010-2012-ci illərdə Monteneqronun Baş naziri İqor Luksiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda qeyd olunur:

“Hörmətli cənab Prezident Əliyev.

“Doğum gününüzü səmimi–qəlbdən təbrik edirəm. Bu xoş fürsətdən istifadə edərək Sizə ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar diləyir, bizim Beynəlxalq Mərkəzimizə göstərdiyiniz diqqət və qayğıya görə minnətdarlığımızı bildirirəm”.

***

2010-2015-ci illərdə Xorvatiyanın prezidenti İvo Yosipoviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda qeyd olunur:

“Zati-aliləri Prezident İlham Əliyev.

Doğum gününüz mübarək olsun! Azərbaycanın Prezidenti vəzifəsində möhtəşəm nailiyyətləriniz münasibətilə Sizi təbrik edirəm. Sizin iqtisadiyyata, mədəniyyətə, xalqlar arasında sülhə və dostluğa verdiyiniz dəyər yalnız öz gözəl ölkənizə deyil, bütün dünyaya töhfədir. Bu xoş fürsətdən istifadə edərək, Sizə uzun ömür, xoşbəxtlik və möhtəşəm liderliyinizin davamlı olmasını arzu edirəm”.

***

2010-2012-ci illərdə Gürcüstanın baş nazirinin müavini, 2008-ci ildə xarici işlər naziri Eka Tkeşelaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda qeyd olunur:

“Hörmətli Prezident.

Bu xoş fürsətdən istifadə edərək Sizi doğum gününüz münasibətilə təbrik edirəm. Sizin xalqınız xoşbəxtdir ki, həyatını öz Vətəninin inkişafına həsr edən Lideri var. Azərbaycanın möhtəşəm nailiyyətlərini müşahidə etmək fürsətimiz oldu. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə göstərdiyiniz dəstəyə və bizi bu mühüm prosesin bir hissəsi olmağa imkan yaratdığınıza görə Sizə dərin minnətdarlığımı bildirirəm. Sizə möhkəm cansağlığı və qarşıdakı planlarınızın həyata keçməsini, Qarabağın tamamilə bərpa olunmasını, Azərbaycanın mühüm regional və qlobal oyunçu kimi rolunun daha da artmasını arzu edirəm. Sizə və ailənizə ən xoş arzularımı çatdırıram”.

***

Bosniya və Herseqovinanın BMT-də daimi nümayəndəsi, 2001-2002-ci illərdə Bosniya və Herseqovinanın baş naziri, 1993-1996-cı, 2012-2015-ci illərdə baş nazirin müavini Zlatko Laqumciya Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda qeyd olunur:

“Hörmətli Prezident və əziz dost.

“Doğum gününüz münasibətilə ürəkdən gələn təbriklərimi qəbul etməyinizi xahiş edirəm. Sizə və ölkənizə ən xoş arzularımı çatdırıram. Rəhbərliyinizlə yaradılmış Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə göstərdiyiniz dəstəyə görə xüsusi minnətdarlığımı bildirirəm. Bizim hər zaman Azərbaycanın haqq işini dəstəkləyəcəyimizə əmin ola bilərsiniz”.

***

2004-2014-cü illərdə İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Ekmələddin İhsanoğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda qeyd olunur:

“Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Zati-alinizə, çox hörmətli xanımınıza və qardaş Azərbaycan xalqına cansağlığı və uzun ömür diləyirəm. Bu il bizi sevindirən çox böyük nailiyyətlərin şahidi olduq. Belə ki, Sizin Ali Baş Komandanlığınız, türk xalqının mənəvi dəstəyi ilə qəhrəman Azərbaycan Ordusu işğal altındakı digər torpaqlarını da azad etdi və hər kəsin iftixar hissinə çevrilən daha bir şanlı Zəfər qazandı. Qardaş Azərbaycan xalqına Sizin rəhbərliyinizlə daha firavan və xoşbəxt həyat şəraiti arzu edirəm. Sizin himayəniz altında fəaliyyət göstərən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin yeni-yeni uğurlar əldə edəcəyinə inanıram. Ən səmimi arzu və diləklərimi qəbul etməyinizi xahiş edirəm”.

***

İCESCO-nun sabiq Baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda qeyd olunur:

“Möhtərəm cənab Prezident İlham Əliyev.

Zati-alinizi doğum gününüz münasibətilə təbrik etməkdən böyük şərəf duyuram. Siz dünyada sülhün, dialoqun və birgəyaşayışın təşviqinə göstərdiyiniz səmimi səylərə görə zəmanəmizin ən müdrik liderlərindən birisiniz. Sizə ölkənizin daha da inkişafı yolunda davamlı uğurlar arzu edirəm”.

***

BMT Baş Assambleyasının 75-ci sessiyasının sədri, 2015-2016-cı illərdə Türkiyənin Avropa Birliyi işləri üzrə naziri Volkan Bozkır Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda qeyd olunur:

“Cənab Prezident.

Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edirəm. İnşallah bu günə qədər Azərbaycan üçün gördüyünüz möhtəşəm işlərinizin, bütün dünyanın qibtə ilə izlədiyi nailiyyətlərinizin davamlı olmasını diləyirəm.

Xanımım Nazlı ilə birlikdə Azərbaycanın birinci xanımına və Zati-alinizə ən dərin ehtiramımı bildirirəm”.

***

2018-2019-cu illərdə Rumıniyanın Baş nazirinin müavini, 2019-cu ildə ədliyyə naziri, 2012-2020-ci illərdə parlamentin üzvü Ana Birçal Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda qeyd olunur:

“Hörmətli cənab Prezident.

Sizə doğum gününüz münasibətilə ən səmimi arzularımı çatdırır və neçə belə gözəl illərə çıxmağınızı diləyirəm. Siz müdrikliyiniz və strateji liderliyiniz sayəsində Azərbaycanın ərazi bütövlüyünə nail olaraq ölkənizi beynəlxalq səviyyədə tanıtmısınız. Bizim ortaq məqsədlərimiz – Rumıniya ilə Azərbaycan arasında strateji tərəfdaşlığı gücləndirmək və dərinləşdirmək istiqamətində Sizinlə birgə çalışmaq böyük məmnunluq doğurur. Dahi Nizami Gəncəvinin dediyi kimi, bizim dostluğumuz səmimi və saf olmalıdır. Biz Sizin və Azərbaycanın əsl dostuyuq”.

***

2004-2007-ci illərdə Pakistanın baş naziri Şövkət Əziz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda qeyd olunur:

“Zati-aliləri cənab Prezident Əliyev.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olmaq böyük şərəfdir.

Mərkəz sülhü, inkişafı və firavanlığı təşviq etməkdə mühüm rola malikdir.

Dünyanın Sizin kimi liderlərə ehtiyacı var ki, onlar insanların həyat şəraitini, təhsilin səviyyəsini yüksəltməyə kömək etsin. Zati-aliləri, Siz sülhün, tolerantlığın və dinc yaşayışın bərqərar olması üçün çox iş görmüsünüz və əminik ki, bundan sonra da çox iş görəcəksiniz. Sizin nəcib təşəbbüslərinizin bir hissəsi olmaqdan fəxr edir və Sizə davamlı uğurlar arzulayırıq”.

***

2003-2018-ci illərdə Monteneqronun Prezidenti Filip Vuyanoviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda qeyd olunur:

“Möhtərəm cənab Prezident.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm. Monteneqronun Prezidenti olduğum illərdə və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü kimi Sizinlə görüşlərimi, apardığımız danışıqları məmnunluqla xatırlayır, Sizə dərin ehtiramımı bildirirəm. Monteneqro ilə Azərbaycan arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsinə Sizin bundan sonra da töhfələrinizi görməkdən məmnun olacağam”.

***

2013-2020-ci illərdə Maltanın Baş naziri Cozef Muskat Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda qeyd olunur:

“Hörmətli Prezident, əziz dostum.

Doğum gününüz münasibətilə ailəm adından və şəxsən öz adımdan Sizə ən xoş arzularımı bildirirəm. Malta üçün etdiklərinizə görə Sizə minnətdaram. Mənim həmvətənlərim Sizə minnətdarlıqlarını bildirirlər. Biz Nizami Gəncəvi Beynəlxalq Mərkəzində birgə fəaliyyət göstərməyə davam edəcəyik”.

***

İtaliya Prezidentinin sabiq diplomatik müşaviri, Malta Hərbi Ordeninin Vatikandakı səfiri, “Pirelli” şirkətinin baş müşaviri Antonio Zanardi Landi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

“Hörmətli cənab Prezident Əliyev.

İcazə verin, doğum gününüz münasibətilə Sizə ən xoş arzularımı çatdırım. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin müxtəlif ölkələr arasında dostluq və anlaşmanı gücləndirmək üçün göstərdiyi müstəsna fəaliyyətə verdiyiniz dəstəyə görə Sizə çox minnətdarıq. Zati-alinizə, ailənizə və ölkənizə ən xoş arzularımı çatdırıram”.

***

2015-ci ildə Moldovanın baş naziri Kirill Qaburiçi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda qeyd olunur:

“Zati-aliləri cənab Prezident.

Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram. Belə xoş günləri bundan sonra da doğmalarınızın və yaxınlarınızın əhatəsində qeyd etməyinizi arzulayıram. Qarşıdan gələn ildə Azərbaycana yeni-yeni uğurlar, firavanlıq və davamlı inkişaf diləyirəm”.

***

Napoli-Bakı Assosiasiyasının sədri Cuzeppe Kanilia Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda qeyd olunur:

“Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimizi çatdırıram.

Biz ölkənizə və onun vətəndaşlarına yorulmaz xidmətinizə görə Sizə minnətdarlığımızı bildiririk və hər zaman Sizi dəstəkləyəcəyik.

Sizə həm şəxsi həyatınızda, həm də ali dövləti fəaliyyətinizdə uğurlar və xoşbəxtlik dolu bir il diləyirik”.

***

GUAM-ın Baş katibi Altay Əfəndiyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda qeyd olunur:

“Zati-aliləri.

Doğum gününüz münasibətilə Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın – GUAM-ın Katibliyi adından və şəxsən öz adımdan Sizə ən səmimi təbriklərimizi çatdırıram.

Bu gün doğum gününüz milli maraqlara, beynəlxalq hüquqa, strateji baxışa, müdrikliyə, fədakarlığa və səbrə əsaslanan rəhbərliyinizlə həyata keçirilən siyasətlə formalaşmış tamamilə yeni milli və beynəlxalq kontekstlərə şahidlik edir.

Bu il Azərbaycan Respublikası işğal olunmuş torpaqlarını tam azad edib və beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində bütün ərazisi üzərində suverenliyini bərpa edib. 2020-ci ildə Vətən müharibəsində qazanılan şanlı Qələbə nəticəsində əldə olunan nailiyyətlər 2023-cü ilin sentyabrında aparılan lokal xarakterli antiterror tədbirləri ilə yekunlaşdı.

Bu gün ölkədə işğaldan azad edilmiş torpaqların intensiv şəkildə genişmiqyaslı yenidən qurulması və bərpası, insanların öz doğma yurdlarına qayıtması, bu geniş ərazilərin milli və regional iqtisadiyyata yenidən inteqrasiyası istiqamətində proses sürətlə gedir.

Beləliklə, 2023-cü il respublika tarixində müstəqil Azərbaycanın

30 illik bir dövrünün başa çatması, ölkənin ərazilərinin işğaldan tam azad edilməsi və suverenliyinin bərpası ilə müşayiət olunan Zəfərlə yekunlaşan bir il kimi qalacaq. Bu kontekstdə rəmzi xarakter daşıyan bir cəhət də odur ki, bu il Azərbaycan həm də ölkənin mövcudluğunun sual altında olduğu kritik bir zamanda Heydər Əliyevin respublika rəhbərliyinə qayıdışının 30-cu ildönümünü qeyd etdi. Yeni Azərbaycanın tarixində bu möhtəşəm 30 il həm də Azərbaycanın qazandığı qələbələrin və ümumi uğurların ilkin şərti və təminatçısı olan milli birliyin, davamlılığın, Azərbaycan rəhbərliyinin ardıcıllıqla həyata keçirdiyi siyasi xəttin əhəmiyyətini göstərir. Bu il Ümummilli Liderin 100 illik yubileyinin qeyd olunması yuxarıda deyilənlərin hamısına xüsusi məna verir.

Ölkə öz inkişafında yeni dövrə qədəm qoyduğu bir dönəmdə biz də Sizin regionda ədalətli və davamlı sülhə nail olunması istiqamətində göstərdiyiniz ardıcıl və yorulmaz səylərinizi yüksək qiymətləndiririk. Biz Azərbaycanın çoxtərəfli əməkdaşlıq çərçivəsində mühüm regional təşəbbüslər və layihələr həyata keçirməklə bölgədə sabitliyə, təhlükəsizliyə və inkişafa verdiyi töhfəni yüksək dəyərləndiririk. Fəaliyyətinizdə Sizə daha böyük uğurlar arzulayır, həmçinin inklüziv regional təşəbbüslər və qlobal əhəmiyyətli layihələri həyata keçirməklə bölgənin potensialının tam şəkildə ortaya çıxarılması və istifadə edilməsi üçün göstərilən səylərə töhfə verməyə hazır olduğumuzu bildiririk.

Azərbaycanı hərtərəfli islahatları, iqtisadi və sosial həyatın bütün sahələrinin modernləşdirilməsini və demokratikləşməsini, eləcə də xalqın rifahının daim inkişaf edən qlobal mühitin çağırışlarına uyğun daha da yaxşılaşdırılmasını, ölkənin aparıcı beynəlxalq mövqeyinin və rolunun gücləndirilməsini özündə əks etdirən yeni inkişaf mərhələsinə çıxarmaq missiyanızda Sizə daha böyük uğurlar arzulayırıq.

Zati-aliləri, bu əlamətdar gün və müstəqil Azərbaycanın inkişafındakı tarixi nailiyyətləriniz münasibətilə Sizi bir daha ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, tükənməz enerji, xalqın və ölkənin rifahı naminə yeni böyük qələbələr arzulayırıq”.

***

2000-2010-cu illərdə Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda qeyd olunur:

“Hörmətli cənab Prezident, əziz dost.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm. Sizin fəal işiniz, dövlətin qarşısında duran əsas vəzifələri səmərəli surətdə həll etmək və beynəlxalq məsələlərin həlli yollarını tapmaq bacarığınız Sizə haqlı olaraq bütün dünyada yüksək nüfuz və hörmət qazandırıb.

Sizə dost deyə müraciət edə və ünsiyyət qura bildiyimə görə taleyimə minnətdaram.

Cənab Prezident, icazə verin, Sizə çoxşaxəli fəaliyyətinizdə uğurlar, möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik və firavanlıq arzulayım.

Fürsətdən istifadə edərək Sizə, ailənizə və ölkənizə Yeni illə bağlı ən xoş arzularımı bildirirəm”.

***

2015-2020-ci illərdə Xorvatiya Respublikasının Prezidenti Kolinda Qrabar-Kitaroviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda qeyd olunur:

“Zati-aliləri, hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Sizi təbrik edirəm. Sizə cansağlığı və ən xoş arzularımı çatdırıram. Həmçinin böyük Azərbaycan dövlətinin və bütün regionun davamlı sülh, təhlükəsizlik və firavanlığa doğru aparılması istiqamətində fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar arzulayıram”.

Teqlər: