İlham Əliyevə Serbiyada möhtəşəm jest – Türkiyəli ekspert

İlham Əliyevə Serbiyada möhtəşəm jest – Türkiyəli ekspert

Bir ölkəyə başqa bir ölkənin dövlət başçısı səfərə gəldiyi və geri döndüyü zaman onun təyyarəsi təhlükəsizlik məqsədilə radarlar vasitəsilə izlənilir. Lakin qırıcı təyyarələr ilə müşayiət olunma nadir hallarda baş verir.

Bu sözləri AzerTimes-a açıqlamasında Prezident İlham Əliyevin Serbiyaya rəsmi səfəri zamanı təyyarəsinin serb qırıcıları tərəfindən müşayiət olunması haqqında danışan Türkiyənin Qaziantep Universitetinin müəllimi, terror və təhlükəsizlik eksperti Əli Fuad Gökçə deyib.

Gökçə Azərbaycan Prezidentinin rəsmi qarşılanma və yola salınma mərasimlərinin Serbiyanın ölkəmizlə əlaqələrə verdiyi önəmin göstəricisi olduğunu vurğulayıb:

“Serbiya Prezidenti Aleksandr Vuçiçin hava limanında həm qarşılanma, həm də yolasalma mərasimində şəxsən iştirak etməsi cənab Əliyevlə şəxsi dostluq münasibətlərinə, eyni zamanda Azərbaycanla strateji müttəfiqlik əlaqələrinə verilən önəmin göstəricisidir. Cənab İlham Əliyevi daşıyan təyyarənin səfərə gedərkən və qayıdan zaman Serbiya hava sahəsinə daxil olandan sonra və ordan çıxanadək qırıcı təyyarələrlə müşayiət edilməsi isə çox yaxın dost və qardaş ölkələrin başçılarına münasibətdə rast gəlinən möhtəşəm jestdir. Əlbəttə, xüsusi xidmət orqanlarının əvvəlcədən xəbər tutduğu, məlumat aldığı mümkün təxribat hallarında da belə tədbirlər görülə bilər. Lakin İlham Əliyevə edilən jest birbaşa qalib və dost ölkənin başçısına özəl münasibətin göstəricisidir”.

Teqlər: