İlham Əliyevə güvənirmi? – Paşinyanın cavabı

İlham Əliyevə güvənirmi? – Paşinyanın cavabı

Hesab edirəm ki, münasibətlərimizin tarixi artıq dərin inamsızlıq üçün əsasdır. Və Azərbaycanın liderindən və məndən soruşmağın mənası yoxdur ki, biz bir-birimizə güvənirik, ya yox? Aydındır ki, yox.

AzerTimes xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan “Frans 24” telekanalına müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyevə güvənib-güvənmədiyi sualına cavab verərkən deyib.

“Ancaq problem bu deyil, problem budur: kiçik addımlarla inam yaradacağıqmı? Məhz etimadın yaradılması prosesində biz çətinliklərlə qarşılaşırıq”, – Paşinyan bildirib.

“Əliyev sülhə hazır olduğu deyib, əslində isə müharibəyə hazırlaşırmı” sualına Paşinyan müsbət cavab verib.

Teqlər: