Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vyetnam Sosialist Respublikasının Prezidenti Nquyen Suan Fukaya ölkəsinin milli bayramı – Müstəqillik Günü münasibətilə təbrik məktubu ünvanlayıb.
AzerTimes xəbər verir ki, İlham Əliyev məktubda Vyetnamın dünyada sürətlə və dinamik inkişaf edən, iqtisadiyyat, sənaye, elm, müasir texnologiyalar və digər sahələrdə böyük nailiyyətlər əldə etmiş dövlət olduğunu vurğulayıb.