Türkiyə və Azərbaycan iki qardaş ölkədir. Bir millət, iki dövlət düşüncəsi ilə bu günə qədər birlikdə addımladıq və bundan sonra da bu yolda qətiyyətlə davam edəcəyik.
AzerTimes xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 13-də Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında deyib.
Prezident Rəcəb Tayyib Ərdoğan səlahiyyətlərinin icrasına başlama mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakının dünyaya və Türkiyəyə bir mesaj olduğunu vurğulayaraq, Azərbaycana xanımı ilə birlikdə səfər etdiyini vurğulayıb.
“Bu səfərlər aramızdakı duyğuların nə qədər inkişaf etməsinin ifadəsidir”, – deyə Türkiyə Prezidenti bildirib.