Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəkidə sakinlərlə görüşüblər.
AzerTimes xəbər verir ki, bu barədə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi İnstaqram hesabında paylaşım edib.
“Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Şəki şəhərinə səfər zamanı sakinlərlə görüşüb söhbət ediblər, xatirə şəkilləri çəkdiriblər”, – paylaşımda qeyd olunub.