İlham Əliyev Qabon prezidentinə məktub göndərdi

İlham Əliyev Qabon prezidentinə məktub göndərdi

Prezident İlham Əliyev Qabon Respublikasının Prezidenti Ali Bonqo Ondimbaya təbrik məktubu ünvanlayıb.

AzerTimes məktubun mətnini təqdim edir:

“Hörmətli cənab Prezident,

Qabon Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, birgə səylərimizlə Azərbaycan-Qabon dostluq əlaqələri daha da inkişaf edəcək, həm ikitərəfli, həm də çoxtərəfli əsasda əməkdaşlığımız bundan sonra da uğurla davam edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı çatdırır, dost Qabon xalqına əmin-amanlıq və rifah diləyirəm”.

Teqlər: