İlham Əliyev Putinə başsağlığı verdi

İlham Əliyev Putinə başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə İjevsk şəhərində məktəbdə baş vermiş faciə ilə bağlı başsağlığı verib.

AzerTimes xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

“İjevsk şəhərində 88 saylı məktəbdə baş verən atışma nəticəsində uşaqların və böyüklərin həlak olması xəbəri məni çox sarsıtdı.

Sizə, həlak olanların ailələrinə və yaxınlarına Azərbaycan xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verir, bütün həlak olanların tezliklə sağalmasını arzulayıram”, – başsağlığı məktubunda qeyd olunub.

Teqlər: