Yanvarın 11-də Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Moskvada Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla üçtərəfli danışıqlar aparılacaq.
Yenicag.az xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
Tərəflər 9 noyabr üçtərəfli bəyanatın icrasını, bölgədəki problemlərin həlli istiqamətində addımları müzakirə etməyi planlaşdırırlar.
www.yenicag.az