İlham Əliyev: Nəqliyyat təhlükəsizliyi önəmli məsələdir

İlham Əliyev: Nəqliyyat təhlükəsizliyi önəmli məsələdir

Bu gün yeni geosiyasi vəziyyəti nəzərə alaraq nəqliyyat təhlükəsizliyi əlbəttə ki, önəmli məsələdir.

AzerTimes xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevlə mətbuat konfransında deyib.

“Azərbaycan öz ərazisində çox müasir nəqliyyat infrastrukturu yaratmışdır, – dəmir yolları, avtomobil yolları, yeni Beynəlxalq Dəniz Ticarət Limanı, – bütün bu infrastruktur obyektləri bir məqsədi güdür ki, Azərbaycan üzərindən tranzit yüklərin həcmi artsın. Bu il bu yüklərin həcmi təqribən 50 faizə yaxın artmışdır. Gələcəkdə bu rəqəm daha da böyük olacaq. Ona görə Bolqarıstan və Azərbaycan nəqliyyatçıları indidən bir araya gələrək uzunmüddətli və genişmiqyaslı gələcək əməkdaşlıq haqqında fikir mübadiləsi aparacaqlar”, – Prezident qeyd edib.

Teqlər: