İlham Əliyev Küveytə başsağlığı verdi

İlham Əliyev Küveytə başsağlığı verdi

Prezident İlham Əliyev Küveyt Dövlətinin Əmiri Əlahəzrət Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabaha başsağlığı məktubu ünvanlayıb.

AzerTimes xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Başsağlığı məktubunda qeyd olunur:

“Qardaşınız – Küveyt Dövlətinin Əmiri Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabahın vəfatı xəbərini dərin kədər hissi ilə qarşıladıq.

Bu ağır anlarda dərdinizə şərik çıxır, Sizə, ailənizin bütün üzvlərinə, Küveyt Dövlətinin dost xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!”

Teqlər: