İraq prezidenti Əbdüllətif Camal Rəşid Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi İraqa səfərə dəvət edib.
AzerTimes xəbər verir ki, bunu İraq Prezidenti Əbdüllətif Camal Rəşid Azərbaycan Prezidenti İlham Əliyevlə Bakıda görüşündə bildirib.
Söhbət əsnasında dövlət başçıları sərmayələr, enerji, tikinti, nəqliyyat, təhsil sahələrində əməkdaşlıq məsələlərini müzakirə etdilər, ikitərəfli iqtisadi ticarət balansının genişləndirilməsinin və işgüzar dairələrin nümayəndə heyətlərinin səfərlərinin təşkil olunmasının əhəmiyyətini vurğuladılar.