İlham Əliyev İran prezidentinə başsağlığı verdi

İlham Əliyev İran prezidentinə başsağlığı verdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran Prezidenti İbrahim Rəisiyə başsağlığı ünvanlayıb.

AzerTimes xəbər verir ki, başsağlığında deyilir:

“Hörmətli cənab Prezident,

Məşhəd-Yəzd istiqamətində hərəkət edən sərnişin qatarının qəzaya uğraması nəticəsində insanların həlak olması və xəsarət alması barədə xəbər bizi son dərəcə kədərləndirdi.

Bu ağır faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram”.

Teqlər: