Azərbaycan Prezidenti İlham Əliyevlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub.
AzerTimes xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Məlumata görə, liderlər son günlər Türkiyədə şiddətlənən meşə yanğınları ilə əlaqədar müzakirələr aparıb. Müzakirələrin nəticəsi olaraq, İlham Əliyevin tapşırığı ilə FHN-in 1 yanğınsöndürən təyyarəsi meşə yanğınları ilə mübarizə üçün Türkiyəyə göndərilib.
Prezident Ərdoğan görüşdə Azərbaycan xalqının dəstəyinə təşəkkür edib və belə günlərdə Türkiyə ilə Azərbaycan arasında qardaşlığın daha da gücləndiyini bildirib.