Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Əlahəzrət Şeyx Məhəmməd bin Zayed ən-Nəhyana başsağlığı məktubu ünvanlayıb.
AzerTimes başsağlığın mətnini təqdim edir:
“Əlahəzrət,
Qardaşınız – Əbu-Dabi Əmirinin Nümayəndəsi Şeyx Səid bin Zayed ən-Nəhyanın vəfatı xəbəri bizi olduqca kədərləndirdi.
Bu ağır anlarda dərdinizi bölüşür, Sizə, ailənizin bütün üzvlərinə, Birləşmiş Ərəb Əmirliklərinin qardaş xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin!”