İlham Əliyev: Atamın işinin davamçısı kimi…

İlham Əliyev: Atamın işinin davamçısı kimi…

Mən atamın işinin davamçısı kimi, Azərbaycan Prezidenti kimi öz fəaliyyətimdə bizim ikitərəfli münasibətlərə daim xüsusi diqqət ayırıram.

AzerTimes xəbər verir ki, bunları Prezident İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şövkət Mirziyayevlə mətbuata birgə bəyanatında deyib.

“Bugünkü dövlət səfəri bunun əyani təsdiqidir. Səfər pandemiya ilə əlaqədar təxirə salınmışdı. Həmçinin onu diqqətlə hazırlamaq lazım idi ki, qardaşım Şövkət Miromonoviçin dediyi kimi, sıçrayış edək. Fikrimcə, bu, həqiqətən sıçrayış xarakterli səfərdir. Çünki müzakirə olunan mövzuların həm mahiyyətinə, həm formasına, həm məzmununa, bizim gəldiyimiz qərarlara əsasən bu səfər və razılaşmalar münasibətlərimizin gələcək inkişafı üçün əsas olacaq”, – Azərbaycanın dövlət başçısı vurğulayıb.

Teqlər: