Münhendə fevralın 16-da Azərbaycan Prezidenti İlham Əliyev ilə ABŞ Prezidentinin qlobal infrastruktur və enerji təhlükəsizliyi üzrə xüsusi koordinatoru Amos Hoxşteynin görüşü olub.
AzerTimes xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, görüş qarşı tərəfin müraciətinə əsasən baş tutub.
Xatırladaq ki, Prezident İlham Əliyev Münhen Təhlükəsizlik Konfransında iştirak üçün Almaniyaya səfər edib. Konfrans fevralın 16-18-də keçiriləcək.