İlham Əliyev 3 sərəncam, 4 fərman imzaladı

İlham Əliyev 3 sərəncam, 4 fərman imzaladı

19:24

Prezident İlham Əliyev “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 29 noyabr tarixli 658-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 29 dekabr tarixli 435 nömrəli, “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunun təsdiq edilməsi haqqında” 2003-cü il 4 avqust tarixli 911 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

AzerTimes xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Fərmanda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 29 noyabr tarixli 658-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 11.1.5.2-1-ci (ikinci halda) və 11.1.6.1-1-ci (ikinci halda) maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 11.1.5.2-1-ci (birinci halda) və 11.1.6.1-1-ci (birinci halda) maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanları həyata keçirirlər.

2. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 435 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 1, maddə 28; 2002, № 8, maddə 495; 2005, № 12, maddə 1111; 2007, № 12, maddə 1241; 2008, № 5, maddə 363; 2010, № 2, maddə 80; 2017, № 8, maddə 1518; 2018, № 2, maddə 170, № 11, maddə 2249; 2019, № 1, maddə 75, № 8, maddə 1403; 2020, № 1, maddə 7, № 7, maddə 871, № 11, maddə 1348, № 12 (I kitab), maddə 1480; 2021, № 7, maddə 732, № 8, maddə 911, № 9, maddə 982; 2022, № 4, maddə 303) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 3.1-ci bəndə “5.2-ci maddəsinin ikinci cümləsində,” sözlərindən sonra “11.1.5.2-1-ci (ikinci halda), 11.1.6.1-1-ci (ikinci halda) maddələrində,” sözləri əlavə edilsin;

2.2. aşağıdakı məzmunda 3.12-1-ci bənd əlavə edilsin:

“3.12-1. həmin Qanunun 11.1.5.2-1-ci (birinci halda) və 11.1.6.1-1-ci (birinci halda) maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanları həyata keçirirlər;”.

3. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 8, maddə 440; 2006, № 3, maddə 229, № 6, maddə 498; 2007, № 2, maddələr 86, 101, № 3, maddələr 217, 227, № 7, maddə 714, № 9, maddə 867, № 10, maddə 948, № 12, maddə 1242; 2008, № 1, maddə 9, № 3, maddələr 173, 179, № 6, maddə 499, № 8, maddələr 717, 723; 2009, № 2, maddə 66, № 6, maddələr 419, 421, 422; 2010, № 2, maddə 80, № 3, maddə 183, № 10, maddə 850; 2011, № 2, maddə 85; 2012, № 11, maddə 1078; 2013, № 3, maddə 236, № 8, maddə 901; 2014, № 9, maddə 1027; 2016, № 5, maddə 854, № 6, maddələr 1029, 1073; 2017, № 5, maddə 840, № 8, maddələr 1519, 1521; 2018, № 7 (I kitab), maddələr 1445, 1486, № 11, maddə 2287; 2019, № 1, maddə 76, № 4, maddə 655, № 6, maddə 1027, № 7, maddə 1211, № 8, maddə 1405; 2020, № 4, maddə 423, № 6, maddə 708; 2021, № 2, maddələr 121, 133, № 7, maddə 744, № 9, maddə 982; 2022, № 1, maddə 27, № 4, maddə 303) ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda aşağıdakı dəyişikliklər edilsin:

3.1. aşağıdakı məzmunda 1.9.34-1-ci və 1.9.34-2-ci yarımbəndlər əlavə edilsin:

“1.9.34-1. mərkəzi icra hakimiyyəti orqanları yanında yaradılan, rəhbəri və rəhbərinin müavinləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən dövlət xidmətləri və dövlət agentliklərinin aparat rəhbərləri və onların müavinləri;

1.9.34-2. mərkəzi icra hakimiyyəti orqanları yanında yaradılan, rəhbəri və rəhbərinin müavinləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən dövlət xidmətləri və dövlət agentliklərinin rəhbərlərinin müşavirləri, köməkçiləri;”;

3.2. 2.1.5-ci yarımbəndə aşağıdakı məzmunda 5-1-ci abzas əlavə edilsin:

“5-1. Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanları yanında yaradılan, rəhbəri və rəhbərinin müavinləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən dövlət xidmətləri və dövlət agentliklərinin aparat rəhbərləri və onların müavinləri;”;

3.3. 2.1.6-cı yarımbəndə aşağıdakı məzmunda 8-1-ci abzas əlavə edilsin:

“8-1. Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanları yanında yaradılan, rəhbəri və rəhbərinin müavinləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən dövlət xidmətləri və dövlət agentliklərinin rəhbərlərinin müşavirləri, köməkçiləri;”.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 29 noyabr tarixli 658-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin”.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nın təsdiq edilməsi haqqında” 2008-ci il 8 iyul tarixli 796 nömrəli və “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının 2011-ci il 30 dekabr tarixli 275-IVQ nömrəli Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında” 2012-ci il 29 noyabr tarixli 758 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 13 may tarixli 536-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 8 iyul tarixli 796 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 7, maddə 614; 2011, № 2, maddə 85; 2017, № 7, maddə 1357; 2020, № 8, maddə 1036) ilə təsdiq edilmiş “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. Cədvəl 1 – “Nüfuzedən səs-küyün yaşayış və ictimai binalarda, yaşayış tikililəri ərazisində, habelə insanların cəmləşdiyi digər yerlərdə səs təzyiqinin, səsin ekvivalent enerjisi və maksimal səviyyəsinin yolverilən normaları”nın 3-cü hissəsində “ümumtəhsil internat məktəblərinin” sözləri “internat tipli ümumi təhsil müəssisələrinin” sözləri ilə əvəz edilsin;

1.2. Cədvəl 2 – “Binaların otaqlarında vibrasiya təcillərinin yolverilən səviyyələri”nin 4-cü hissəsində “ümumtəhsil internat məktəblərinin” sözləri “internat tipli ümumi təhsil müəssisələrinin” sözləri ilə əvəz edilsin;

1.3. Cədvəl 3 – “Binaların otaqlarında vibrasiya sürətlərinin yolverilən səviyyələri”nin 4-cü hissəsində “ümumtəhsil internat məktəblərinin” sözləri “internat tipli ümumi təhsil müəssisələrinin” sözləri ilə əvəz edilsin;

1.4. Cədvəl 4 – “Binaların otaqlarında mütləq vibrasiya yerdəyişmələrinin yolverilən səviyyələri”nin 4-cü hissəsində “ümumtəhsil internat məktəblərinin” sözləri “internat tipli ümumi təhsil müəssisələrinin” sözləri ilə əvəz edilsin.

2. “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının 2011-ci il 30 dekabr tarixli 275-IVQ nömrəli Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 noyabr tarixli 758 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 11, maddə 1118) 1.4.2-ci yarımbəndində “ümumtəhsil internat məktəbləri” sözləri “internat tipli ümumi təhsil müəssisələri” sözləri ilə əvəz edilsin.

***

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 2 dekabr tarixli 664-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 2 dekabr tarixli 664-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.13-1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Məcəllənin 150.13-1-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi nəzərdə tutulur;

1.3. həmin Məcəllənin 150.13-1-ci maddəsində “orqanın (qurumun) informasiya sistemi” dedikdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron icra” informasiya sistemi nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci və 529.1-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslər barədə təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 2 dekabr tarixli 664-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

3. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 259, № 3, maddə 460, № 4, maddə 670, № 6, maddələr 1025, 1063, № 7, maddə 1272, № 9, maddə 1468, № 10, maddələr 1614, 1638; 2017, № 2, maddələr 176, 202, № 3, maddə 351, № 4, maddələr 530, 537, № 6, maddə 1101, № 7, maddələr 1314, 1346, № 8, maddə 1521, № 9, maddə 1637, № 10, maddələr 1788, 1798, № 11, maddələr 2003, 2027, № 12 (I kitab), maddələr 2290, 2320; 2018, № 1, maddə 36, № 2, maddələr 198, 201, № 3, maddələr 418, 428, 443, 445, № 5, maddələr 914, 918, 926, 955, № 6, maddələr 1225, 1234, № 7 (I kitab), maddələr 1465, 1477, 1494, 1504, № 8, maddələr 1678, 1697, № 9, maddə 1840, № 11, maddələr 2244, 2256, 2273, 2289, № 12 (I kitab), maddələr 2541, 2566, 2573, 2610; 2019, № 1, maddələr 52, 68, № 3, maddə 426, № 4, maddələr 602, 630, № 5, maddələr 825, 846, 852, № 6, maddələr 1035, 1046, № 8, maddələr 1395, 1401, № 11, maddə 1700; 2020, № 3, maddələr 238, 240, 241, № 5, maddələr 540, 564, № 6, maddələr 691, 709, № 7, maddələr 863, 880, 884, № 8, maddələr 1027, 1032, № 9, maddə 1155, № 11, maddə 1359, № 12 (I kitab), maddə 1484; 2021, № 1, maddə 36, № 4, maddə 317, № 5, maddə 444, № 6 (I kitab), maddələr 565, 575, № 7, maddələr 724, 728, 741, № 10, maddə 1101, № 12, maddələr 1407, 1423; 2022, № 1, maddə 28, № 2, maddə 111, № 4, maddələr 313, 323, № 5, maddə 473, № 8, maddələr 837, 861, 897) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 4.1-ci bənddə “və 127-6.3-cü maddələrində” sözləri “, 127-6.3, 150.13-1” rəqəmləri ilə əvəz edilsin;

3.2. aşağıdakı məzmunda 4.17-1-ci və 4.17-2-ci bəndlər əlavə edilsin:

“4.17-1. həmin Məcəllənin 150.13-1-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi nəzərdə tutulur;

4.17-2. həmin Məcəllənin 150.13-1-ci maddəsində “orqanın (qurumun) informasiya sistemi” dedikdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron icra” informasiya sistemi nəzərdə tutulur;”.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “2018–2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2017-ci il 14 dekabr tarixli 3498 nömrəli, “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” 2020-ci il 13 fevral tarixli 1816 nömrəli və “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında” 2022-ci il 22 iyul tarixli 3378 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 13 may tarixli 536-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 14 dekabr tarixli 3498 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12 (II kitab), maddə 2413; 2019, № 5, maddə 899; 2020, № 8, maddə 1065; 2021, № 8, maddə 946; 2022, № 8, maddə 927) ilə təsdiq edilmiş “2018–2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın “6. Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planı” hissəsinin 6.5.2-ci yarımbəndinin “Tədbirlər” sütununda “xüsusi məktəblərdə, inteqrasiyalı və xüsusi internat” sözləri “xüsusi ümumtəhsil məktəblərində, inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəblərində və internat tipli xüsusi ümumtəhsil” sözləri ilə əvəz olunsun və həmin yarımbəndin “İcraçılar” sütununa “Təhsil” sözündən əvvəl “Elm və” sözləri əlavə edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 13 fevral tarixli 1816 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 2, maddə 132; 2022, № 5, maddə 530) ilə təsdiq edilmiş “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün Tədbirlər Planı”nın 3.1-ci bəndinin “İcra göstəriciləri” sütununda “xüsusi internat” sözləri “internat tipli xüsusi ümumtəhsil və inteqrasiya təlimli internat tipli ümumtəhsil” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 7, maddə 790) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın “7. Tədbirlər planı” hissəsinin 2.1.3-cü yarımbəndinin 2-ci abzasının “Tədbirlər və layihələr” sütununda “xüsusi internat” sözləri “internat tipli xüsusi ümumtəhsil və inteqrasiya təlimli internat tipli ümumtəhsil” sözləri ilə əvəz edilsin.

***

Prezident İlham Əliyev bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“Məhkəmə-Hüquq Şurasının təkliflərini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu bəndini rəhbər tutaraq qərara alıram:

1. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü və 96-cı maddələrinə uyğun olaraq, hakim vəzifəsinə aşağıdakı namizədlər birinci instansiya məhkəmələrinin hakimləri təyin edilsinlər:

ağır cinayətlər məhkəmələri üzrə:

Bakı Ağır Cinayətlər Məhkəməsi

Quliyev Vüqar Elbrus oğlu

Namazov Fərid Arif oğlu

Gəncə Ağır Cinayətlər Məhkəməsi

Məmmədov Abdulla Elşad oğlu

Məmmədzadə Mikayıl Maarif oğlu

Lənkəran Ağır Cinayətlər Məhkəməsi

Məmmədov Neymət Hüsən oğlu

Şəki Ağır Cinayətlər Məhkəməsi

Məmmədov Xaliq Musa oğlu

inzibati məhkəmələr üzrə:

Bakı İnzibati Məhkəməsi

Cəlalov Bəhlul Məmmədcəfər oğlu

Musayeva Ləman Samir qızı

Gəncə İnzibati Məhkəməsi

Əliyeva Gülşən Talıb qızı

Şirvan İnzibati Məhkəməsi

Musayev Şahəli Calal oğlu

kommersiya məhkəmələri üzrə:

Bakı Kommersiya Məhkəməsi

Namazova Günay Rüstəm qızı

Şirvan Kommersiya Məhkəməsi

Abbasov Zaur Vahid oğlu

Bakı şəhərinin rayon məhkəmələri üzrə:

Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi

Bağırov Zamiq Rəşid oğlu

Bakı şəhəri Xətai Rayon Məhkəməsi

Abdullayeva Aynur Aydın qızı

Eyvazova Samirə Əli qızı

Sadıxov Rəfail Adil oğlu

Bakı şəhəri Xəzər Rayon Məhkəməsi

Cəfərzadə İlham Nizami oğlu

Rüstəmov Emin Şahin oğlu

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi

Aslanova Gülnar Faiq qızı

Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi

Abbasov Nail İbad oğlu

Heydərova Əfsanə Elbrus qızı

Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi

Mirzəliyev Ruslan Əsəd oğlu

Rəcəbova Elnurə Hüseyn qızı

Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi

Kərimov Namiq Həsrət oğlu

Mirzəyeva Firuzə Fuad qızı

Mirzəyeva Ünsüyyət Hacımehdi qızı

Bakı şəhəri Yasamal Rayon Məhkəməsi

Əlizadə Fariz Ariz oğlu

Sultanova Məmmədova Ayşən Ramiz qızı

rayon (şəhər) məhkəmələri üzrə:

Gəncə Şəhər Məhkəməsi

Əlizadə Elxan Novruz oğlu

Fərhadov Fuad Əlirza oğlu

Quba Rayon Məhkəməsi

Babayev Aydın Vahid oğlu

Lənkəran Rayon Məhkəməsi

Pənahov Anar Elman oğlu

Neftçala Rayon Məhkəməsi

Quliyev Samir İdris oğlu

Salyan Rayon Məhkəməsi

Məmmədli Ənnağı Əbdül oğlu

Samux Rayon Məhkəməsi

Kərimova Tərifə Əbülfət qızı

Sumqayıt Şəhər Məhkəməsi

Həxiyeva Şəbnəm Səlim qızı

Quliyev Ramiz Mübariz oğlu

Şəki Rayon Məhkəməsi

Vəliyev Elşən Yaşar oğlu

Şəmkir Rayon Məhkəməsi

Məhəmmədi Həvayət Kəmaləddin qızı

Şirvan Şəhər Məhkəməsi

Mustafayev Ceyhun Mustafa oğlu.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində çalışan işçilərin aylıq əməkhaqlarının təkmilləşdirilməsi haqqında” 2012-ci il 25 sentyabr tarixli 2462 nömrəli və “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində çalışan işçilərin aylıq əməkhaqlarının artırılması və “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində çalışan işçilərin aylıq əməkhaqlarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 25 sentyabr tarixli 2462 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında” 2019-cu il 29 noyabr tarixli 1658 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə sərəncam imzaladı.

Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Sosial sığorta haqqında”, “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 30 dekabr tarixli 780-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

1. “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində çalışan işçilərin aylıq əməkhaqlarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 25 sentyabr tarixli 2462 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 9, maddə 913; 2013, № 7, maddə 847, № 8, maddə 983; 2014, № 11, maddə 1492; 2015, № 7, maddə 866; 2017, № 11, maddə 2097; 2019, № 11, maddə 1849; 2021, № 7, maddə 743) 2-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

“2. Azərbaycan Respublikasının xarici ölkələrdəki ticarət nümayəndələrinə əməkhaqlarının 15 faizi məbləğində aylıq təmsilçilik xərci müəyyən edilsin.”.

2. “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində çalışan işçilərin aylıq əməkhaqlarının artırılması və “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində çalışan işçilərin aylıq əməkhaqlarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 25 sentyabr tarixli 2462 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 noyabr tarixli 1658 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 11, maddə 1849; 2021, № 2, maddə 178, № 4, maddə 374, № 10, maddə 1136; 2022, № 1, maddə 48) 1-ci hissəsi ləğv edilsin.

3. Bu Sərəncam 2023-cü il yanvarın 1-dən tətbiq edilir.

***

Prezident İlham Əliyev “Sosial sığorta haqqında”, “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 30 dekabr tarixli 780-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2001-ci il 3 sentyabr tarixli 572 nömrəli, “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2004-cü il 17 iyun tarixli 77 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Sosial sığorta haqqında”, “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 30 dekabr tarixli 780-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21.3-1-ci, 21.6-1-ci, 21.6-2-ci, 21.7-1-ci (hər iki halda), 21.7-2-ci maddələrində, 23.2-ci maddəsinin birinci və ikinci cümlələrində, 23.3-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 23.3-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;

1.3. həmin Qanunun 21.3-1-ci, 21.6-1-ci, 21.6-2-ci, 21.7-1-ci (hər iki halda), 21.7-2-ci maddələrində, 23.2-ci maddəsinin birinci və ikinci cümlələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfirlərinin, Azərbaycan Respublikasının beynəlxalq təşkilatlar yanında daimi nümayəndələrinin dövlət məvacibi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin təminedici idarə rəisinin aylıq vəzifə maaşından, aylıq vəzifə maaşına əlavələrdən (ən yüksək olanı tətbiq edilməklə) və aylıq vəzifə maaşının 25 faizi məbləğində mükafatdan ibarətdir.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. on beş gün müddətində aşağıdakı müavinətlərin məbləğini müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin:

3.1.1. “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21.3-1-ci və 21.10-cu maddələrinə uyğun olaraq, Azərbaycan Respublikasının diplomatik nümayəndəliyinə və ya konsulluğuna işə təyin olunan diplomatik xidmət əməkdaşlarına və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərə ödəniləcək birdəfəlik yerləşmə müavinətinin;

3.1.2. həmin Qanunun 21.6-1-ci və 21.10-cu maddələrinə uyğun olaraq, diplomatik xidmət əməkdaşına və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxsə onunla birlikdə yaşayan orta ixtisas və ali təhsilin bakalavr səviyyəsi üzrə əyani təhsil alan 23 yaşına qədər övladlarına görə ödəniləcək təhsil müavinətinin;

3.1.3. həmin Qanunun 21.6-2-ci və 21.10-cu maddələrinə uyğun olaraq, diplomatik xidmət əməkdaşına və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxsə qəbul edən dövlətdə onunla birlikdə yaşayan, həmin dövlətdə və ya üçüncü dövlətdə əmək fəaliyyəti ilə məşğul olmayan ailə üzvlərinə görə ödəniləcək aylıq müavinətin;

3.1.4. həmin Qanunun 21.7-2-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsulluğunda işləyən diplomatik xidmət əməkdaşlarına səlahiyyətlərinin icrası ilə bağlı ödəniləcək aylıq təmsilçilik müavinətinin;

3.2. həmin Qanunun 21.7-1-ci və 21.10-cu maddələrinə uyğun olaraq, Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin və konsulluqlarının fəaliyyət göstərdikləri müharibə və silahlı münaqişə şəraitində olan xarici dövlətlərin siyahısını, habelə həmin diplomatik nümayəndəliklərdə və konsulluqlarda işləyən diplomatik xidmət əməkdaşlarına və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərə ödəniləcək kompensasiyanın məbləğini bir ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.3. həmin Qanunun 23.2-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsulluğunda işləyən diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin dövlət məvacibini, aylıq əlavənin məbləğini müəyyən edən fərqləndirici əmsalları və onların tətbiq edilməsi qaydasını bir ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.4. “Sosial sığorta haqqında”, “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 30 dekabr tarixli 780-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

4. “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 572 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 9, maddə 587; 2002, № 8, maddə 479; 2013, № 10, maddə 1150; 2017, № 7, maddə 1324) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

4.1. ikinci abzasda “və 13.4-cü maddələrində” sözləri “, 13.4-cü, 21.3-1-ci, 21.6-1-ci, 21.6-2-ci, 21.7-1-ci (hər iki halda), 21.7-2-ci maddələrində, 23.2-ci maddəsinin birinci və ikinci cümlələrində, 23.3-cü maddəsində” sözləri ilə əvəz edilsin;

4.2. dördüncü və beşinci abzaslar müvafiq olaraq altıncı və yeddinci abzaslar hesab olunsun və aşağıdakı məzmunda dördüncü və beşinci abzaslar əlavə edilsin:

“həmin Qanunun 23.3-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;

həmin Qanunun 21.3-1-ci, 21.6-1-ci, 21.6-2-ci, 21.7-1-ci (hər iki halda), 21.7-2-ci maddələrində, 23.2-ci maddəsinin birinci və ikinci cümlələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;”;

4.3. altıncı abzasdan “, 23.3-cü” sözləri çıxarılsın.

5. “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 17 iyun tarixli 77 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 6, maddə 434) 2-ci hissəsi ləğv edilsin.

6. Bu Fərman (3-cü hissə istisna olmaqla) 2023-cü il yanvarın 1-dən tətbiq edilir.

Teqlər: