İlham Əliyev 1 sərəncam, 7 fərman imzaladı

İlham Əliyev 1 sərəncam, 7 fərman imzaladı

14:23

Prezident İlham Əliyev Bakı şəhərinin Nəsimi rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında sərəncam imzalayıb.

AzerTimes sərəncamın mətnini təqdim edir:

1. Bakı şəhərinin Nəsimi rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.18-ci yarımbəndində göstərilmiş məbləğin 2,2 milyon (iki milyon iki yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyul tarixli 1119 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət büdcəsindən ayrılmış vəsait hesabına işlərin və xidmətlərin göstərilməsinə görə əlavə dəyər vergisindən azad olunan publik hüquqi şəxslərin siyahısı”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

1. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyul tarixli 1119 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 7, maddə 899; 2021, № 5, maddə 443, № 6 (I kitab), maddə 584, № 9, maddə 984; 2022, № 1, maddə 21, № 3, maddə 224, № 5, maddə 468) ilə təsdiq edilmiş “Dövlət büdcəsindən ayrılmış vəsait hesabına işlərin və xidmətlərin göstərilməsinə görə əlavə dəyər vergisindən azad olunan publik hüquqi şəxslərin siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. aşağıdakı məzmunda 17-1-ci, 17-2-ci, 21-1 – 21-6-cı hissələr əlavə edilsin:

“17-1. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

17-2. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi”;

“21-1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri”

21-2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi”

21-3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzi”

21-4. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində “Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO”

21-5. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində “Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi”

21-6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində “İqtisadi Elmi Tədqiqat İnstitutu”;

1.2. 35-ci hissənin sonundan nöqtə işarəsi çıxarılsın və həmin siyahıya aşağıdakı məzmunda 36–39-cu hissələr əlavə edilsin:

“36. Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi

37. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi

38. Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi

39. Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin tabeliyində “Hüquq və İnsan Haqları İnstitutu.”.

2. Bu Fərman 2022-ci il yanvarın 1-dən tətbiq edilir.

***

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 mart tarixli 597 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

1. “Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 mart tarixli 597 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 3, maddə 437, № 10, maddə 1581; 2021, № 12, maddə 1405; 2022, № 4, maddə 306) aşağıdakı dəyişikliklər edilsin:

1.1. həmin Fərmanla təsdiq edilmiş “Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin Nizamnaməsi”nin 3.1.16-cı və 3.1.22-ci yarımbəndlərində “şəhərinin” sözü “şəhərinin və” sözləri ilə əvəz edilsin;

1.2. həmin Fərmanla təsdiq edilmiş “Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin göstərdiyi ödənişli xidmətlərin Siyahısı”nın 3-cü və 9-cu hissələrində “inzibati ərazisində” sözləri “və Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 iyul tarixli 1386 nömrəli Fərmanının 1.6-cı və 1.13-cü bəndləri ilə müəyyən edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının əhatə etdiyi şəhər və rayonların inzibati ərazilərində” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

***

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 16 yanvar tarixli 476 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

“Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 16 yanvar tarixli 476 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 1, maddə 66) 7-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1. 7.1.1-ci yarımbəndə “müəyyən edilməsi” sözlərindən sonra “, onların dəyişdirilməsi” sözləri əlavə edilsin.

2. 7.1.2-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“7.1.2. Agentliyin idarəetmə orqanlarının yaradılması;”.

3. Aşağıdakı məzmunda 7.1.3-cü yarımbənd əlavə edilsin:

“7.1.3. Agentliyin yenidən təşkili və ləğv edilməsi;”.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 mart tarixli 975 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Ekoloji Ekspertiza Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 mart tarixli 975 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 3, maddə 251) ilə təsdiq edilmiş “Dövlət Ekoloji Ekspertiza Agentliyinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

1. 2-ci hissənin adında “fəaliyyət” sözü “fəaliyyətinin” sözü ilə əvəz edilsin.

2. 2.1-ci bənd ləğv edilsin.

3. 3.1.1-ci yarımbənddə “qanunvericilik aktlarının” sözləri “normativ hüquqi aktların” sözləri ilə əvəz edilsin.

4. 3.1.23-cü yarımbənd, 4.3-cü və 4.4-cü bəndlər aşağıdakı redaksiyada verilsin:

“3.1.23. müvafiq sahədə elektron xidmətləri “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq təşkil etmək;”;

“4.3. İdarə Heyəti Agentliyə ümumi rəhbərliyi və nəzarəti həyata keçirir. İdarə Heyəti Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyətinin sədri və onun müavini daxil olmaqla 3 (üç) üzvdən ibarətdir.

4.4. İdarə Heyətinin sədri müvəqqəti olmadıqda, onun səlahiyyətlərini İdarə Heyəti sədrinin müavini icra edir.”.

5. 4.5.5-ci yarımbənd ləğv edilsin.

6. 4.5.7-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“4.5.7. Agentliyin strukturunun, əməyin ödənişi fondunun, işçilərin say həddinin və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğinin təsdiq edilməsi, o cümlədən Agentliyin əldə etdiyi vəsait (dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan ayrılan vəsait istisna olmaqla) hesabına işçilərə əlavə ödənilən həvəsləndirmə sisteminin müəyyənləşdirilməsi məqsədilə Nazirliyə təkliflər vermək;”.

7. 4.6-cı bənd aşağıdakı redaksiyada verilsin:

“4.6. İdarə Heyətinin sədri ayda bir dəfədən az olmayaraq İdarə Heyətinin iclaslarını çağırır və iclaslara sədrlik edir. İdarə Heyətinin iclaslarının keçirilməsi təşəbbüsü ilə İdarə Heyətinin üzvü çıxış edir. İdarə Heyətinin iclasları üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. İdarə Heyətinin iclasında hər üzvün bir səsi olmaqla, qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir. Səslərin sayı bərabər olduqda, iclasa sədrlik edənin səsi həlledicidir.”.

8. Aşağıdakı məzmunda 4.6-1 – 4.6-3-cü bəndlər əlavə edilsin:

“4.6-1. İdarə Heyətinin üzvlərinə və İdarə Heyətinin iclaslarına dəvət olunan şəxslərə iclasın keçiriləcəyi yer və vaxt, habelə gündəliyə daxil edilmiş məsələlər barədə iclasa azı 3 (üç) iş günü qalmış, zəruri sənədlər əlavə edilməklə yazılı məlumat verilir.

4.6-2. İclasın gündəliyinə İdarə Heyətinin hər hansı üzvünün maraqlarına toxunan məsələ daxil edilərsə, həmin üzv bununla bağlı maraqları haqqında ətraflı məlumat verməli, bu məsələnin müzakirəsində və həmin məsələyə dair səsvermədə iştirak etməməlidir.

4.6-3. İclasın gündəliyinə daxil edilməmiş və ya tələb olunan aidiyyəti sənədləri iclasdan əvvəl təqdim edilməmiş məsələlər barədə, bütün iştirakçı üzvlərin razılıq verdiyi hallar istisna olmaqla, qərar qəbul edilə bilməz.”.

9. 4.7.7-ci yarımbənddə “Agentliyin” sözü “Özünün və Agentliyin struktur bölmələrinin” sözləri ilə əvəz edilsin.

10. 4.7.8-ci yarımbənddə “əməkhaqqı fondu” sözləri “əməyin ödənişi fondu” sözləri ilə, “ştat cədvəlini, habelə” sözləri “strukturunu, ştat cədvəlini və” sözləri ilə əvəz edilsin.

11. 4.7.9-cu yarımbənddə “əməkhaqqı fondu” sözləri “əməyin ödənişi fondu” sözləri ilə əvəz edilsin.

12. Aşağıdakı məzmunda 5.4-1-ci bənd əlavə edilsin:

“5.4-1. Agentliyin mənfəəti bu Nizamnamədə nəzərdə tutulmayan məqsədlər üçün yalnız Nazirliyin qərarı ilə dövlət büdcəsinə köçürülür.”.

***

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında hərbi sahədə əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

1. 2022-ci il iyunun 21-də Daşkənd şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında hərbi sahədə əməkdaşlıq haqqında Saziş” təsdiq edilsin.

2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Müdafiə Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Özbəkistan Respublikası Hökumətinə bildiriş göndərsin.

***

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti və Özbəkistan Respublikası Hökuməti arasında regionlararası əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

1. 2022-ci il iyunun 21-də Daşkənd şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Özbəkistan Respublikası Hökuməti arasında regionlararası əməkdaşlıq haqqında Saziş” təsdiq edilsin.

2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Nazirlər Kabineti onun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Özbəkistan Respublikası Hökumətinə bildiriş göndərsin.

***

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

1. 2022-ci il iyunun 21-də Daşkənd şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında qanunsuz miqrasiyaya qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilsin.

2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti onun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Özbəkistan Respublikası Hökumətinə bildiriş göndərsin.

Teqlər: