Rusiyanın Soçi şəhərində Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putin arasında görüş keçirilib.
Görüşdə V.Putin İlham Əliyevlə görüşünün mövcud regional problemlərin həllinə axtarılmasına yardım edəcəyinə ümid etdiyi söyləyib.
“Ümid edirəm ki, bizim bugünkü görüşümüz bütün çətin problemlərin həlli yollarını axtarılmasına yardım edəcək. Əlbəttə ki, Azərbaycan və Rusiya arasında ikitərəfli əlaqələrin necə inkişaf edəcəyini müzakirə edəcəyik. Moskva və Bakının gələcək üçün çoxlu birgə planları var. Sizinlə görüşmək və bütün bu istiqamətlərdə danışmaq imkanlarına çox şadam”, deyə Rusiya prezident azərbaycanlı həmkarı İlham Əliyevlə görüşündə bildirib.
Prezident İlham Əliyev isə çıxışında iki ölkə arasındakı münasibətlərin uğurla inkişaf etdiyi söyləyib: “Biz münasibətlərimizin yüksək səviyyəsində məmnunuq. Siyasət, ticarət-iqtisadi, humanitar sahələrdə aktiv əməkdaşlıq edirik, nəqliyyat, enerji sahələrində də əməkdaşlıq üçün yaxşı perspektivlər var”.
Azərbaycan prezidenti regional, dünya siyasəti və əlbəttə ki ikitərəfli münasibətlərə və regionumuzun təhlükəsizliyinin möhkəmləndirilməsinə dair vacib məsələlərlə bağlı mütəmadi olaraq məsləhətləşmələrə ehtiyac var”.