Martın 15-də Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım
Stansiyasına çərşənbə tonqalının üzərindən tullanan zaman yanıq
xəsarətləri alan 3 nəfər müraciət edib.
Bu barədə
Trend-ə Səhiyyə Nazirliyindən bildirilib.
Qeyd edilib ki, onlar müxtəlif yanıq xəsarətləri ilə Yanıq
Mərkəzinə aparılıblar.