İlahiyyat İnstitutunun təşkilatçılığı ilə Respublika Elmi Konfransı keçiriləcək

Müasir dünyada din təhsili sahəsində mövcud vəziyyətin müzakirəsi, qarşıya çıxan problemlərin təhlili, onların həlli ilə bağlı təkliflərin irəli sürülməsinin təmin edilməsi, bu sahədə fəaliyyət göstərən alim və mütəxəssislər arasında tədqiqat işləri, məlumat və təcrübə mübadiləsi üçün platforma yaradılması məqsədilə Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) 16 dekabr 2021-ci il tarixdə “Müasir dünyada din təhsili” mövzusunda Respublika Elmi Konfransı təşkil edəcək.

Konfransın mövzuları:

1. Sovet hakimiyyəti dövründə din təhsili sahəsində vəziyyət və din alimlərinə münasibət.

2. Ümummilli lider Heydər Əliyevin siyasətində dövlət-din münasibətləri və Ulu Öndərin din sahəsinə diqqəti.

3. Din təhsilində milli-mənəvi və ümumbəşəri dəyərlərin aşılanması zərurəti.

4. Tolerant və multikultural mühitin formalaşması istiqamətində Azərbaycanda təhsil sahəsində həyata keçirilən islahatlar.

5. Azərbaycan Respublikasında dövlət səviyyəsində həyata keçirilən multikulturalizm siyasətinin təhsil müəssisələrində təbliği.

6. Müasir Azərbaycan cəmiyyətində vətəndaş identikliyinin formalaşmasında din təhsili amili və rolu.

7. Dinlərarası və məzhəblərarası dözümlülük kontekstində Azərbaycanda mövcud din təhsili modelinin perspektivləri.

8. Dünya təcrübəsində müxtəlif din təhsili modelləri.

9. Dini savadsızlığın doğurduğu fəsadlar (dini fanatizm, xurafat, radikalizm, ekstremizm) və onlarla mübarizə üsulları.

10. Orta təhsil müəssisələrində dini biliklərin aşılanmasında tədris olunan fənlərin əhəmiyyəti: dünya və Azərbaycan təcrübəsi.

11. Din təhsilində müvafiq dini ədəbiyyat seçiminin əhəmiyyəti.

12. Dini ədəbiyyatların Azərbaycan dilinə tərcümə problemi.

13. Azərbaycan dilində din sahəsində yeni dərs vəsaitlərinin və kitabların nəşri məsələsi.

14. Dini maarifləndirmədə kütləvi informasiya vasitələrinin rolu.

15. Dini fəaliyyətin təşkili sahəsində yüksəkixtisaslı kadr və mütəxəssislərin hazırlanmasında Azərbaycan İlahiyyat İnstitutunun rolu.

Məqalələrin qəbul qaydaları:

1. Məqalələr heç bir yerə təqdim edilməmiş yeni tədqiqatlar olmalıdır.

2. Məqalələrin həcmi 6-15 səhifə, xülasələrin həcmi 200-250 sözdən ibarət olmalıdır.

3. Məqalələrin mətni “A4” formatda, “12” ölçülü hərflərlə, yuxarıdan və aşağıdan 2 sm, soldan 3 sm, sağdan 1 sm məsafə ilə, 1 intervalla, Azərbaycan, türk və ya rus dillərində “Times New Roman” şriftində aşağıdakı elektron ünvana göndərilməlidir: [email protected]

4. Təqdim olunan yazının əvvəlində məqalənin adından sonra müəllifin adı, soyadı, işlədiyi müəssisə, tutduğu vəzifə, elmi dərəcəsi (olduğu təqdirdə) və müəllifin elektron poçt ünvanı göstərilməlidir.

5. Məqalənin əvvəlində müəlliflə bağlı məlumatdan sonra, məqalənin yazıldığı dildə xülasə və açar sözlər verilməlidir.

6. Elmi araşdırmaların yazılma üsullarına uyğun, beynəlxalq standartlara cavab verən məqalələrdə giriş, ən azı, iki yarımbaşlıq və nəticə olmalıdır.

7. Mövzu ilə bağlı elmi mənbələrə istinadlar vacibdir. Məqalədə istinadlar göstərildiyi yerdən sonra, mötərizə içində müəllifin soyadı, nəşrin ili və səhifə nömrəsi sıra ilə verilməlidir; məs.: (Bünyadov 2007, 17-21).

Əgər bir müəllifin eyni ildə çap olunmuş iki və daha artıq əsəri varsa, belə olduğu halda, (Bünyadov 2007(1), 31-36) və ya (Bünyadov 2007 (2), 42-55) kimi qeyd edilməlidir. Məqalənin sonunda ədəbiyyat siyahısında soyad, ad və nəşr ili göstərildikdən sonra, mötərizə içərisində 1 və ya 2 rəqəmləri qeyd edilir; məs.: (Bünyadov Ziya (2007/1), 31-36) və ya (Bünyadov Ziya (2007/2), 42-55).

8. Ədəbiyyat siyahısında verilən hər bir istinad haqqında məlumat bu formatda yerləşdirilməlidir: müəllifin soyadı və adı; nəşr ili (il); kitab; məqalə; konfrans və digərlərinin tam adı (əgər varsa, tərcümə edənin adı və soyadı); nəşr edilən yer; nəşriyyatın adı. Məqalələrdə ən sonda səhifələr göstərilir. Ədəbiyyat siyahısı məqalənin sonunda verilməlidir.

9. Xülasə və açar sözlər məqalənin yazıldığı dildən başqa iki xarici dildə, ədəbiyyat siyahısından sonra yerləşdirilməlidir. Hər bir xülasədə məqalənin adı, müəllifin adı, soyadı və elmi dərəcəsi (olduğu təqdirdə) tam göstərilməlidir. Məqalənin müxtəlif dillərdəki xülasələri bir-birinin eyni olmalı və məqalənin məzmununa uyğun gəlməlidir.

10. Müəllif məqalənin keyfiyyətinə, göstərilən faktların dəqiqliyinə və digər məlumatlara görə cavabdehlik daşıyır.

Məqalələrin göndərilməsi üçün son tarix: 26.11.2021

Əlaqələndirici şəxslər:

Şahin Ələsgərov (+99412) 510 65 45

(+99455) 529 93 80;

Emil İsbatov (+99412) 510 65 45

(+99455) 200 21 03.

Teqlər: