İlahiyyat İnstitutunun kafedra müdirinin məqaləsi beynəlxalq indeksli jurnalda çap olunub (FOTO)

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Dinşünaslıq kafedrasının müdiri, dosent Anar Qafarovun Türkiyə Respublikası Atatürk Universitetinin beynəlxalq indeksli (Web of Science/ESCI) “İlahiyat tetkikleri” adlı impakt faktorlu jurnalının 31 dekabr 2021-ci il sayında “Felsefî kelâm ve ahlâk felsefesi bağlamında kötülük problemi: Nasîrüddin Tûsî merkezli bir analiz” sərlövhəli məqaləsi nəşr olunub.

A.Qafarov sözügedən məqalədə bəşəriyyətdə mövcud olan şər problemini ədalətli Tanrı təsəvvürü ilə analitik şəkildə müzakirə obyektinə çevirib. Nəsirəddin Tusinin fəlsəfədə şər probleminə dair yanaşmalarını nəzərə alaraq təhlil və tənqidi şəkildə izah etməyə çalışıb. Yazıda N.Tusinin fəlsəfi düşüncələri nümunəsində Orta əsr İslam fəlsəfi fikrində şər problemi Tanrının ədalətli olduğuna dair konsepsiya ilə uzlaşdırılaraq təhlil edilir, eyni zamanda, fəlsəfi, teoloji və etik aspektlərdən əsaslandırılır.

Qeyd edək ki, dosent A.Qafarovun fəlsəfə, teologiya və etikaya dair ölkədaxili və xaricdə tək və həmmüəllifli olaraq bir çox əsəri mövcuddur. Həmçinin o, beynəlxalq nüfuzlu bir neçə elmi jurnalın redaksiya heyətinin üzvüdür.

https://dergipark.org.tr/tr/pub/ilted/issue/67652/976181

Teqlər: