Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə tələbələr arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə bilik yarışması keçirilib.
“İstiqlal”, “Mübarizlər”, “Qartallar”, “Dəmir yumruq”, “Xarıbülbül” və “Turan” komandalarının iştirak etdikləri yarışmada Azərbaycan tarixi, mədəniyyəti, ədəbiyyatı və ümumi dünyagörüşü mövzularında suallar cavablandırılıb.
Tələbələr Fərid Qasımzadə, Məhəmməd Əliyev, Orxan Abışlı, Aqşin Məmmədov və Əlvan Cabbarovdan ibarət “İstiqlal” komandası yarışmanın qalibi olub.
Qeyd edək ki, qalib gələn “İstiqlal” komandası Azərbaycan İlahiyyat İnstitutunu Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Yasamal Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 24 dekabr 2021-ci il tarixdə keçiriləcək ali və orta ixtisas təhsili müəssisələri komandaları arasında “Zəfər kuboku” uğrunda “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə bilik yarışmasında təmsil edəcək.