İlahiyyat İnstitutuna yeni rektor təyin edildi

İlahiyyat İnstitutuna yeni rektor təyin edildi

Azərbaycan Prezidenti İlham Əliyev İlahiyyat İnstitutu ilə bağlı sərəncam imzalayıb.

Sənədə əsasən, Aqil Muxtar oğlu Şirinov Azərbaycan İlahiyyat İnstitutunun rektoru təyin edilib.

Qeyd edək ki, İnstitutun keçmiş rektoru Ceyhun Məmmədov mart ayında vəzifədən azad edilmişdi. O, 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən deputat seçilib.