İlahi mizan: Zabuxa köç başladığı gün bu erməni öldü

İlahi mizan: Zabuxa köç başladığı gün bu erməni öldü

Laçın rayonunun Zabux kəndini boşaldarkən, buradakı evi “azərbaycanlılara qalmaması” üçün yandıran goruslu erməni Arman Ayrapetyan bu gün səhər saatlarında ölüb.

AzerTimes xəbər verir ki, erməni mediası onun ölüm səbəbini yazmayıb.

Bildirilib ki, Armen “Qarabağ müharibəsi qəhrəmanı” Mger Ayrapetyanın qardaşıdır.

Qeyd edək ki, 10 noyabr 2020-ci il bəyanatına uyğun olaraq, ermənilər işğal etdikləri əraziləri boşaltmaq və işğal illərində qanunsuz olaraq ərazilərimizə köçürülənləri geri qaytarmaq üçün vaxt istəmişdi. Həmin vaxt ərəfəsində isə ermənilər məskunlaşdığı evləri, ağacları yandırıb, apara bilmədikləri ev heyvanlarını güllələyirdilər.

Eyni hərəkət Zabux kəndində də yaşanmışdı.

Yeri gəlmişkən bildirək ki, bu gün Zabuxa ilk köç Bakıdan yola salınıb.

Teqlər: