Xəbər - Zeyni Cəfərov – Trend:
2021-ci il iyulun 1-nə olan vəziyyətə görə, Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 6,455 milyard dollar təşkil edib.
AzerTimes bu barədə Mərkəzi Bankın hesabatına istinadən məlumat verir.
Hesabata əsasən, Mərkəzi Bankın valyuta ehtiyatları 2020-ci ilin eyni dövrü ilə müqayisədə 0,3 faiz artıb.
Ötən ayla müqayisədə isə valyuta ehtiyatları 0,8 faiz və ya 5,1 milyon dollar azalıb.
(Tərcümə: Orxan Nəbiyev)