Rusiya Müdafiə Nazirliyinə məxsus İl-76 təyyarəsinin qəzaya uğramasında ABŞ-ın heç bir şəkildə əli yoxdur.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin məlumatında deyilir.
Qeyd edək ki, İl-76 yanvarın 24-də Belqorod vilayətinin Koroçanski rayonunda qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan 65 ukraynalı əsir və 9 ekipaj üzvünün hamısı ölüb. Rusiya Müdafiə Nazirliyi onun Ukrayna Silahlı Qüvvələri tərəfindən vurulduğunu iddia edib.