İL-76-nın qəza səbəbi açıqlandı

İL-76-nın qəza səbəbi açıqlandı

Ryazanda qəzaya uğrayan İl-76 yük təyyarəsinin mühərrikində nasazlıq olub.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Yüksüz təlim-məşq uçuşu zamanı mühərrikdə müəyyən edilmiş nasazlıq səbəbindən ekipaj yerə enmək qərarına gəlib. Bu zaman isə qəza yaranıb. Qəza nəticəsində təyyarə qismən sıradan çıxıb, xəsarət alan ekipaj üzvləri tibb müəssisələrinə aparılıb”, – məlumatda deyilir.

Qeyd edək ki, bu gün səhər saatlarında İl-76 hərbi-nəqliyyat təyyarəsi Ryazan şəhərində Mixaylovski şossesi yaxınlığında qəzaya uğrayıb. Dörd nəfər ölüb, beş nəfər yaralanıb. Qəza yerində yanğın başlayıb, təyyarə elektrik xətlərini zədələyib, nəticədə bir neçə ərazi işıqsız qalıb.

Teqlər: