İkinci “Yüksəliş” müsabiqəsinə qeydiyyat martın 31-də
bitəcək.
Trend xəbər verir ki, bunu “Yüksəliş” müsabiqəsinin İşçi
Qrupunun rəhbəri Fərhad Hacıyev müsabiqə ilə bağlı keçirilən
brifinqdə deyib.
O bildirib ki, hesablamalara görə, 10 mindən artıq müraciət
olacaq.
“Bölgələrdə də təqdimatımız olacaq. Regionlarda da müsabiqəyə
marağı olan şəxslərlə görüş keçiriləcək. Pandemiya imkan versə,
avqusta qədər müsabiqəni bitirmək istəyirik” – deyə o əlavə
edib