Türkiyədəki prezident seçkilərində 2-ci turda daha çox səs toplayan namizəd qalib olacaq.
AzerTimes xəbər verir ki, bu, 2007-ci ilin referendumunda qəbul edilən qərarda öz əksini tapıb.
Qərara əsasən, ilk səsvermədə 50 faizi bircə səslə keçən namizəd qalib olur. Əgər heç bir namizəd seçicilərin 50 faizindən çoxunun səsini ala bilmirsə, onda ən yüksək səs toplayan iki namizəd ikinci tura keçir. İkinci turda isə 50 faizdən yuxarı səs toplamaq məcburiyyəti yoxdur.
Daha çox səs toplayan namizəd prezident seçiləcək.