İkinci Qarabağ müharibəsindən sonra bir sıra humanitar məsələlər həll olunmamış qalır – ATƏT

İkinci Qarabağ müharibəsindən sonra bir sıra humanitar məsələlər həll olunmamış qalır.

Trend-in məlumatına görə, bunu ATƏT-in hazırkı sədri Ann Linde təşkilatın plenar iclası zamanı deyib.

Onun sözlərinə görə, hələ də sərhədlərdə insidentlər və minaların yeni qurbanları barədə məlumatlar daxil olur: “Ona görə də mən Azərbaycana mina xəritələrinin verilməsi müqabilində saxlanılan ermənilərin qaytarılmasını alqışlayıram. Bunlar müsbət addımdır və etimadın möhkəmləndirilməsi üçün vacib tədbirlərdir. Mən tərəfləri eyni şəkildə davam etməyə çağırıram”.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: