İkinci Qarabağ müharibəsi zamanı üzləşdiyimiz yalan və böhtanlar dezinformasiya ilə mübarizənin vacibliyini bir daha xatırlatdı – Türkiyə Prezidenti

Media və kommunikasiya məsələləri, sosial media və
dezinformasiya ilə mübarizə siyasi və sosial həyatımızın təmin
olunması baxımından həyati əhəmiyyət kəsb edir. İkinci Qarabağ
müharibəsi zamanı şahidi olduğumuz yalan və böhtanlar bu məsələnin
vacibliyini bir daha xatırlatdı və güc birləşməsinin bizim üçün nə
qədər zəruri olduğunu göstərdi. Müharibə təkcə meydanda
aparılmayıb, yazılı və vizual mediadan tutmuş sosial mediaya qədər
bir çox sahələrdə 44 gün ərzində gərgin mübarizə aparılıb.

AzerTimes-ın məlumatına görə, bu
fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda
keçirilən Türk Dövlətlər Təşkilatının (TDT) media və informasiya
üzrə məsul nazirlərinin və yüksəkvəzifəli rəsmilərinin 4-cü
toplantısına videomüraciətində ifadə edib.

Rəqəmsal faşizmin milyardlarla insanın dəqiq və qərəzsiz xəbər
almaq hüququnu əngəlləyən təhlükəyə çevrildiyini qeyd edən Türkiyə
Prezidenti xüsusən də nəzarət, yoxlama, qayda və etik dəyərlərin
olmadığı sosial media kanallarının bütün cəmiyyətlər üçün ciddi
risklər yaratdığını deyib.

Teqlər: