İkinci müharibə olmayacaq – Qaribaşvili

İkinci müharibə olmayacaq – Qaribaşvili

Gürcüstanda ikinci cəbhə, ikinci müharibə olmayacaq, biz sülh, sabitlik və inkişaf istəyirik.

AzerTimes xəbər verir ki, bu barədə ölkənin Baş naziri İrakli Qaribaşvili bildirib.

Hökumət başçısının sözlərinə görə, bu gün Avropanın ortasında, Avropanın ən böyük dövləti olan Ukraynada genişmiqyaslı müharibə baş verir, lakin Gürcüstan sülhü və sabitliyi qoruyub saxlayır:

“Bu gün Avropanın ortasında, Avropanın ən böyük dövləti olan Ukraynada genişmiqyaslı müharibə baş verir, bu isə həm Ukraynanı və onun suverenliyini, həm də Avropanın təhlükəsizlik arxitekturasını təhdid edir. Əslində, bu, bütün dünya nizamı üçün böyük bir problemdir. Ona görə də bu reallıqda, təbii ki, AB-yə üzv dövlətlər arasında Ukrayna ilə bağlı skeptisizm var, çünki onlar bütün bu problemləri Avropaya idxal etmək istəmirlər. Bu prosesdə isə Gürcüstan sülhü və sabitliyi qoruyub”.

Teqlər: