Prezident İlham Əliyev 1941–1945-ci illərdə İkinci Dünya
müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar
vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar
əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik
maddi yardım verilməsi haqqında sərəncam imzalayıb.
AzerTimes-ın məlumatına görə,
sərəncama əsasən, 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində
iştirak etmiş şəxslərə 1 500,0 (bir min beş yüz) manat məbləğində,
İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş
döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar
əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci
Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud
döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və
donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi
birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə
Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı
ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi
iştirakçılarına 750,0 (yeddi yüz əlli) manat məbləğində birdəfəlik
maddi yardım verilir.