İkinci doza vaksin gecikərsə, effektivliyi az olacaq – Həkim

Xəbər - Ceyhun Ələkbərov – Trend:

Birinci doza ilə ikinci doza arasında bir aydan çox müddət yaranarsa, effektivlik aşağı ola bilər.

AzerTimes-ın məlumatına görə, bunu tibb elmləri doktoru Adil Qeybulla deyib. Onun sözlərinə görə, birinci doza zamanı immun sistemi stimulyasiyaya başlayır, ancaq bir müddət keçdikdən sonra bədənə daxilolmalar olmayınca, o da sakitləşir:

“Həkimlərin təyin etdiyi müddətdə ikinci doza daxil olarsa, bədəndə anticisim istehsalı sürətlənir. Ona görə dozalar arasındakı müddətə əməl etmək mühüm şərtdir”.

Xatırladaq ki, Azərbaycanda yanvar ayının 18-dən vaksinasiya prosesinə start verilib. Hazırda 18 yaşdan yuxarı şəxslərin peyvəndlənməsi həyata keçirilir.

İndiyə qədər ümumilikdə 1 863 292 vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya 1 054 414, ikinci mərhələ üzrə isə 808 878 təşkil edir.

Teqlər: