İkinci cəbhə ideyasına qarşı çıxmalıyıq – Zurabişvili

İkinci cəbhə ideyasına qarşı çıxmalıyıq – Zurabişvili

İkinci cəbhə ideyasına qəti şəkildə qarşı çıxmalıyıq. Bu dezinformasiya çox destruktivdir, çünki işğal olunmuş ərazilərimizə, orada yaşayan vətəndaşlarımıza yönəlib ki, bu da orada müəyyən qorxu yaymaq cəhdidir.

AzerTimes xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili deyib.

O bildirib ki, bu kimi məlumatlar Rusiya propaqandasıdır:

“Digər bir dezinformasiya ondan ibarətdir ki, guya ABŞ Gürcüstanda sabitliyin, təhlükəsizliyin və demokratiyanın tərəfdarı deyil, müdafiə qabiliyyətimizin yüksəldilməsində bizə yardım etmir, əksinə, bizi müharibəyə sövq edir. Bu inanılmaz bir manipulyasiya və dezinformasiyadır. Eyni məsələ Avropa Birliyi ilə də mövcuddur. Guya Avropa Birliyinin islahatları güclü və demokratik Gürcüstan yaratmaq, onu inkişaf etdirmək üçün deyil, hakimiyyətdə destabilizasiya yaratmaq üçündür. Bu cür dezinformasiyanın haradan qaynaqlandığı çox aydındır. Bu, Rusiyanın bilavasitə hərbi təcavüzə keçmədiyi təqdirdə, dezinformasiya yolu ilə fəaliyyət göstərməsidir”, – Zurabişvili vurğulayıb.

Onun sözlərinə görə, hazırda ölkənin qərbə inteqrasiyası üçün çox önəmli bir fürsət yaranıb. Belə bir zamanda həm hakimiyyət, həm də müxalifət atdıqları addımlara görə gələcək nəsillərə cavab verməli olacaqlar.

Teqlər: