Türkiyənin Antalya şəhərində ikinci Antalya Demokratiya Forumu
işə başlayıb.
Trend-in
məlumatına görə, builki forumda 17 dövlət və hökumət başçısı, 80
nazir, 39 beynəlxalq təşkilat nümayəndəsi iştirak edir.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun sözlərinə
görə, forumun işində ümumilikdə 75 ölkədən nümayəndə yer
alacaq.
Qeyd edək ki, ötən gün Antalyada Rusiya və Ukrayna xarici işlər
nazirlərinin münaqişə dövründə ilk görüşü keçirilmişdi.